Modern.az

Deputat: “Beynəlxalq Unversitetin tələbələrinin günahı nədir?

Deputat:  “Beynəlxalq Unversitetin tələbələrinin günahı nədir?

10 İyun 2011, 12:26

Milli Məclisin bu gün başlanan növbədənkənar iclasında Milli Məclisin üzvü Fuad Muradov lisenziyası ləğv edilərək bağlanmış Azərbaycan Beynəlxalq Unversitetinin tələbələrinin taleyi  ilə bağlı məsələni qaldırıb.
Modern.az parlamentdən bildirir ki, deputat bu özəl ali məktəbdə oxumuş tələbələrə diplom verilmədiyini deyərək  həmin məsələdə ciddi problem yarandığını açıqlayıb.
“Onların günahı nədir? Bu tələbələr dövlət strukturlarının lisenziya verdiyi bir ali təhsil müəssəsinə daxil olublar. Düzdür, içərilərində köçürmə yolu ilə daxil olanlar varsa da, əksəriyyəti TQDK-nın keçirdiyi test imtahanları nəticəsində ABU-ya daxil olub. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”-deyə F. Muradov vurğulayıb.

Millət vəkili qeyd edib ki,  ABU-nun acı təcrübəsi digər özəl ali məktəblərin də yoxlanımlası məsələsini ortaya qoyur. F.Muradov Azərbaycanda faəliyyət göstərən özəl ali məktəblərin bu yöndə fəaliyyətinin yoxlanlmasını təklif edib. 
Deputat bununla yanaşı dövlət ali məktəblərində də monitorinqlərin aparılmasını istəyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir