20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Nəsib bəy Yusifbəylinin sirli qətli - II Hissə - AXC-100
Nəsib bəy Yusifbəylinin sirli qətli - II Hissə - AXC-100
19.06.2018, 13:46

Bu il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılmayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində Azərbaycan mediasında o qədər də çox yazılara rast gəlinmir.

 

Modern.az saytı Cümhuriyyətin 100 illik yubileyi çərçivəsində hazırladığı yazılar seriyasından bu dəfə iki dövlət fədaisinin qətlindən danışacaq. Yazının birinci hissəsində (buradan oxu: http://modern.az/az/news/145753/#gsc.tab=0) Nəsib bəy və Fətəli Xan-Xoyskinin ölümləri barəsində bir neçə versiyaları  təqdim etmişdik. Konkret olaraq Nəsib bəydən danışdıqda isə onun 1920-ci ildə Tiflisdə elə Fətəli Xan-Xoyski ilə birgə güllələndiyi versiyasını konkret mənbələrə əsaslanaraq bildirmişdik. Oradakı əsas məğz isə  Nəsib bəyin ölümündə Qarxunlu Əşrəf bəyin rolunun olmaması idi.

Lakin uzun illərdir ki, Nəsib bəyin ölümü onun üzərinə yıxılır. İkinci hissədə Qarxunlu Əşrəfin Nəsib bəyi öldürüb-öldürməməsi ilə bağlı iki fərqli mənbəni təqdim edəcəyik. Hər iki mənbə tanınmış tədqiqatçılara məxsusdur.  Sadəcə, hansının səhv, hansının düz olması isə hələ də sual altındadır. Əvvəlcə görək, Əşrəf bəyin özü kimdir?

 

Əşrəf bəy Həsən bəy oğlu Tağıyev 1867-ci ildə Şirvan dairəsinin Qarxun kəndində anadan olub. Dini təhsillə yanaşı, Tiflisdə də oxuyub. Yuxarı Qarxunda ilk rus-tatar məktəbini açan Əşrəf bəy Tağıyev 1918-20-ci illərdə rus-türk ordu komandirlərinin tərcüməçisi olub. O, Ərəş mahalının bəylərbəyi, Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, hökumət nümayəndəsi idi. Əşrəf bəy, həmçinin, millətçi Əhrar Partiyasının yaradıcısı olub, daşnaklarla mübarizədə böyük rol oynayıb. 1918-ci ildə Gəncəyə gedən Nuru Paşa onun evində qonaq qalıb. Əşrəf bəy Həsən oğlu Tağıyev 1930-cu ildə antisovet fəaliyyətdə ittiham olunaraq güllələnib. 1998-ci ildə bəraət alıb. 

 

İndi isə dediyimiz iki mənbədən birinə diqqət edək. Həmin mənbə XX əsrin əvvəllərindəki Bakının, Azərbaycan tarixinin ensiklopediyası sayıla biləcək bir əsərdir. Yəqin, təxmin etdiniz- yazıçı Manaf Süleymanovun “Oxuduqlarım, eşitdiklərim, gördüklərim” kitabındandır:

“Qatar Ucar stansiyasına çatanda Müsavatın iki nömrəli lideri və hökumət başçısı Nəsib bəy Yusifbəyli vaqondan düşür, köhnə dostlarından Qarxunlu Əşrəfə pənah aparır. Tələsdiyindən Bakıdan çıxanda pul götürə bilmədiyindən istəyir Əşrəfdən borc pul götürsün. Nəsib bəyin əlində çox təmtəraqlı gözəl bir sakvoyaj olur, diqqəti uzaqdan cəlb edir. Əşrəf bəy dostu Nəsib bəyi aparır Qarxuna. Və güman edir ki, sakvoyaj qızılla doludur. Gecə vaxtı Qarxunlu Əşrəf dostu Nəsib bəyi boğub boynuna daş bağlayıb tullayır Kür çayına. Sakvoyajı açanda içində bir kostyumdan savayı heç nə olmur. 1930-cu ildə cinayətin üstü açılır və Qarxunlu Əşrəfi mühakimə edirlər». 

 

Qarxunlu Əşrəf bəy tarixi şəxsiyyət olmasa da, bu suallara aydınlıq gətirmək üçün hərb tarixçimiz Şəmistan Nəzirli onun adına sənədli bir povest yazdı. Elə adını da “Qarxunlu Əşrəf bəy” qoydu. O povestdə kiçik bir məqama diqqət edək:

 

Sədr: Söz verilir daşnak fraksiyasının üzvü Arşak Malxazyana. 


Malxazyan: Ağalar, bizim erməni Milli Komitəsinin verdiyi məlumata əsasən Ağstafada polis məmurları və uryadniklər başda olmaqla 40 nəfər ermənini vəhşicəsinə döyüblər. Gəncədə bir erməni yoxa çıxıb. Ələtdə beş nəfər erməni döyülüb. Bu barədə Azərbaycan Hökumətinə məlumat verəcək və təvəqqe edəcəyəm ki, tədbir görsünlər…” 


Sədr: “Natiq Malxazyan sözünə ikmal etdi. Əlavəsi olan varmı? Buyurun. Söz Hökumət üzvü Əşrəf bəy Tağıyevə verilir”.


Əşrəf bəy Tağıyev: “Ağalar, cənablar, Malxazyanın dediyi hürriyəti-şəxsiyyə barədə danışmaq istərdim. Cənab Malxazyan bilməlidir ki, Ağstafada, ya Ələtdə 3-5 erməni döyülübsə, təkcə İrəvan quberniyasında iki yüzdən çox Azərbaycan və kürd kəndləri dağılıb viran edilmişdir. Cənab Malxazyan, deyirsiniz ki, Ələtdə beş erməniyə iki şapalaq vurublar. Mən də deyirəm ki, daşnakların hücumundan qaçıb Araz çayını keçərkən 300-ə yaxın dinc müsəlman həlak olub. Hansı daha acınacaqlıdır, cənab Malxazyan?” 


Malxazyan: “Mastavimə and olsun, mən bu faciələrdən xəbərdar deyiləm”. 

 

Yuxarıdakı bənddə Əşrəf bəyin kimliyini, daxili dünyasını görmək olar. Belə bir şəxs heç vaxt Nəsib bəyə əl qaldırmazdı.

 

İki müəmmalı versiya

 

Daha doğrusu, daha iki müəmmalı versiyanı da diqqətinizə çatdıraq. Çünki Nəsib bəyin ölümü barəsində deyilən bütün sözlər zatən müəmmalarla dolu olub. Məsələn, mənbələrin birində-Şəfiqə xanımın xatirələrində guya yazılır ki, Nəsib bəy Tiflisdə öldürülüb. Qardaşı Həmid bəy bir müddətdən sonra ora gedərək, onun məzarını tapır.

Növbəti memuar mənbədə isə Nəsib bəyin ölümünün guya şayiə olduğu bildirilir. Hətta yazılır ki, qoca atası ölən günə qədər Nəsib bəyin yolunu gözləyib…

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB
20.11.2018, 00:59

Qəzada ölən piyada körpünü təmir edən fəhlə olub - YENİLƏNİB

Suriya təmamilə İŞİD-dən təmizləndi
20.11.2018, 00:39

Suriya təmamilə İŞİD-dən təmizləndi

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması
20.11.2018, 00:08

Qarakənd faciəsinin 27 ildir çözülməyən müəmması

Azərbaycan nefti bahalaşıb
19.11.2018, 23:51

Azərbaycan nefti bahalaşıb

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR
19.11.2018, 23:39

Leyla Əliyeva Moskvada Nəsiminin büstünün açılışında - FOTOLAR

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov
19.11.2018, 23:20

“Bizə heç bir maneə ola bilməz” – Qurban Qurbanov

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb
19.11.2018, 23:11

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani
19.11.2018, 22:55

“İran-Azərbaycan münasibətlərini heç kim poza bilməz” - Ruhani

Trampdan Pakistana qarşı ağır ifadələr
19.11.2018, 22:36

Trampdan Pakistana qarşı ağır ifadələr

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı
19.11.2018, 22:23

Tovuzdakı qəzada iki nəfər ağır xəsarət aldı

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər
19.11.2018, 22:11

Azərbaycanda Belarus dərmanlarının buraxılışı üzrə birgə müəssisə yaradıla bilər

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”
19.11.2018, 21:58

İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu
19.11.2018, 21:37

Kanadanın Rusiyadakı səfirliyinə hücum oldu

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO
19.11.2018, 21:23

Bakıda xurmada Aralıq dənizi meyvə milçəyi aşkarlandı - FOTO

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”
19.11.2018, 21:10

İlham Əliyev: “Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır”

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi
19.11.2018, 20:57

“Azərbaycanı favorit sayıram” – Rəqib baş məşqçi

Ukrayna İnterpola üzvlüyünü dayandırır
19.11.2018, 20:45

Ukrayna İnterpola üzvlüyünü dayandırır

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO
19.11.2018, 20:32

Bərdə sakini çəlləkdən avtomobil hazırlayıb - VİDEO

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir
19.11.2018, 20:18

Ədliyyə orqanlarının kadr korpusu komplektləşdirilir

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var
19.11.2018, 20:06

Bərdədə mikroavtobus minik maşını ilə toqquşdu: Yaralılar var

Bu ölkənin prezidenti itkin düşüb
19.11.2018, 19:56

Bu ölkənin prezidenti itkin düşüb

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO
19.11.2018, 19:51

İlham Əliyevin Belarusa səfəri başa çatdı - FOTO

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar
19.11.2018, 19:46

Bakıda narkotiklə mübarizəyə dair sessiya keçirilir - Nazir və generallar bir arada + Fotolar

MMS və SMS ləğv olunacaq
19.11.2018, 19:39

MMS və SMS ləğv olunacaq

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto
19.11.2018, 19:28

Bakı-Sumqayıt yolunda maşın piyadanı vurub öldürdü - Foto

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi
19.11.2018, 19:15

Ağsuda kolları məhv edən şəxs 32 min manat cərimələndi

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı
19.11.2018, 19:01

Ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradıldı

Putinlə Ərdoğan görüşüb
19.11.2018, 18:50

Putinlə Ərdoğan görüşüb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
19.11.2018, 18:39

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Azərbaycan yığması yenə uduzdu
19.11.2018, 18:28

Azərbaycan yığması yenə uduzdu

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
19.11.2018, 18:22

Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI
19.11.2018, 18:13

Ramiz Mehdiyev Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı casusluğundan YAZDI

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO
19.11.2018, 18:09

Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçirib - FOTO

Azərbaycan Belarusdan yeni silahlar alacaq
19.11.2018, 18:03

Azərbaycan Belarusdan yeni silahlar alacaq

Nazirlik 136 minə yaxın ağac paylayıb
19.11.2018, 17:43

Nazirlik 136 minə yaxın ağac paylayıb

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
19.11.2018, 17:26

Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”
19.11.2018, 17:18

Paşinyan QƏZƏBLƏNDİ: “Hamı bizim maraqlarımızla hesablaşacaq”

Manat və dolların sabahkı məzənnəsi
19.11.2018, 17:12

Manat və dolların sabahkı məzənnəsi

Doktorant və dissertantlar imtahan verdilər
19.11.2018, 16:55

Doktorant və dissertantlar imtahan verdilər

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub
19.11.2018, 16:54

Putinin iştirakı ilə “Türk Axını”nın açılışı olub

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu
19.11.2018, 16:44

Ağsu sakini təbiətə 32 min manat ziyan vurdu

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ
19.11.2018, 16:39

Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi - XƏTAİDƏ

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB
19.11.2018, 16:35

Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB

Prezidentlər bəyanat verdilər
19.11.2018, 16:22

Prezidentlər bəyanat verdilər

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı
19.11.2018, 16:20

Azərbaycan və Rusiya jurnalistləri arasında memorandum imzalandı

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
19.11.2018, 16:01

İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI
19.11.2018, 15:56

Avropa Birliyi və Böyük Britaniya Brexit-lə bağlı RAZILAŞDI

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub
19.11.2018, 15:50

Aqrar Tədqiqatlar Mərkəzinin media üçün təqdimatı olub

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI
19.11.2018, 15:46

391 dərslik, 154 müəllim... - DİM monitorinqin nəticələrini AÇIQLADI

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu
19.11.2018, 15:45

Renault-Nissan-Mitsubishi alyansının prezidenti həbs olundu

ARXİV