18 fevral 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - Azərbaycanın məşhur fokusçusu: “Elə sirr bilirəm ki, yüz il qalsa da, heç kimə demərəm” - MÜSAHİBƏ  
Azərbaycanın məşhur fokusçusu: “Elə sirr bilirəm ki, yüz il qalsa da, heç kimə demərəm” - MÜSAHİBƏ  
19.10.2017, 09:10

Modern.az saytı Azərbaycanın məşhur fokusçusu, “Sehrbaz Tofiq əmi” kimi tanıdığımız Tofiq İsgəndərli ilə müsahibəni təqdim edir.

- Siz artıq 35 ildən çoxdur ki, illüziya sahəsi ilə məşğulsunuz.  Hazırda Azərbaycanda bu sənətin vəziyyətini necə dəyərləndirirsiniz?

- Vəziyyət ürəkaçan deyil.

- Yəni maraq yoxdur?

- Azərbaycanda  bu sənət heç vaxt populyar olmayıb. Düzdür, müəyyən illüzionistlər  olub. Amma sənət özü kütləvilik qazanmayıb.

- İllüzionistlər olub dediniz. Bəs indi necə?  Məsələn, sizin tələbələriniz varmı?

- Mən konkret kiminsə əlindən tutub bu sənəti ona öyrətməmişəm. Amma yardım etdiyim, məsləhət verdiyim gənclər olub. Onlar məni özləri üçün müəllim hesab edirlər.

- Xarici ölkələrdə  bu sənətin məktəbi mövcuddur. İllüzionistlər təlimlər keçir, yeni simalar hazırlayır. Bizdə bu cür məktəb varmı?

- Xeyr. Azərbaycanda illüziyanın konkret məktəbi yoxdur. Ola bilər ki, kimsə özəl bir yer, kurs açsın. Amma  dövlət səviyyəsində institutlar mövcud deyil. SSRİ-nin dövründə Moskva və digər bir neçə şəhərlərdə sirk məktəblərinin tərkibində orjinal janr şöbələri var idi. Həmin yerdə illüzionistlər bildiklərini öyrədir və ya yön verirdilər. Bunun pulunu da dövlət ödəyirdi. Mən də burada dəfələrlə kurs açmışam. Həmçinin, öz teatrım var.

- Bəs açdığınız kurs hələ də fəaliyyət göstərir?

- Azərbaycanda  illüziya kursu və ya teatrını heç kim açmamışdı. İlk dəfə bunu mən etdim.
Qeyd etdiyim kimi “Tİ- Magic”  İllüziya teatrım var. Kursa gələnlər oldu. Sadəcə, kənardan baxanda bu sənət maraqlı, eyni zamanda asan görünür. Amma işin içinə girənlər çətinliyi görəndə yavaş-yavaş çıxıb getdilər.

- Çətinlik nə idi?

- Bəziləri düşünür ki, fokus məsələsi elə “fuf” eləməklə alınan bir şeydir. Amma bunun üçün ciddi məşq etmək, sənətin bicliyini bilmək lazımdır. Hər bir foksun arxasında ya əmək ya da texniki hiylə durur.

- Adətən digər peşəkar insanlar əldə etdikləri təcrübələri heç kimlə paylaşmaq istəmir. Siz necə, bu sənətin bicliklərini kiminləsə paylaşırsınızmı?

- Təcrübəni paylaşmaq olar.  Məsələn, mənim professional sirrim var və yüz il qalsa da onu heç kimə demərəm. Uzun müddət bundan qabaq illüziya sənəti ilə bağlı kitab da yazmışdım. 10 kitab nəzərdə tutmuşduq. İkinci kitab yazsam da, hələ çapa verməmişəm. Çünki bunu sənətə hörmətsizlik hesab etdim. Yəni kitab vasitəsilə sənətin sirri açılsa, kütləvilik qazansa, düzgün olmaz.

- Maraqlıdır, yeni fokus nömrələri yaratmısınızmı? Yoxsa ənənəvi nömrələrə müraciət edirsiniz?

- Ənənəvi üsullarla yanaşı, yeni nömrələr də mövcuddur. Məsələn, mənim özümün patentləşdirilmiş 6 eksklüziv nömrəm var. Dövlət bununla bağlı mənə şəhadətnamə verib.

- Yəqin ki, siz də müşahidə etmisiniz. Gənc illüzionistlərin əksəriyyəti xarici ölkələrdəki talant verilişində iştirak edir.

- Onların əksəriyyətini mən göndərmişəm. Yerində saymaqla irəli getmək olmaz. Həmişə onlara demişəm ki, əgər bu sənətin ardınca gedirsinizsə, mütləq kənara çıxmaq lazımdır. Yox, burada toylara, ad günlərinə gedib 20-30 manat qazanacaqsınızsa, əziyyətinizə dəyməz. Bu zaman sadəcə sıravi hoqqabaz ola bilərsiniz.


- Əslində illüziya sənəti dünyada kifayət qədər kütləvilik qazanıb. Niyə bizdə belə deyil?

- 1990-cı illərdə bu sənət Azərbaycanda tam ölmüşdü. Lakin mən televiziya kanallarına çıxdım. Xüsusilə AzTV-nin verilişlərində iştirak etdim. Başqa kimsə yox idi. Bir qədər sonra bu sənətlə məşğul olanlar dolana bilmədiyi üçün hərə bir tərəfə çəkildi. Bircə mən qaldım və çətin də olsa, dözdüm.

- Biz sizi elə həmin verilişlərdən sonra Tofiq əmi kimi tanımışıq. Bəs indiki uşaqlar sizi necə tanıyır?

- Siz qeyd etdiyiniz kimi tanıyanlar da var. Amma əsasən Tofiq İsgəndərli kimi tanıyırlar. Buna baxmayaraq, məni həmişə Tofiq əmi kimi təqdim edirlər. Mənə qalan elə bu ad oldu.

- Əvvəlki uşaqları aldatmaq daha asan idi, yoxsa indiki?

- İndikiləri aldatmaq daha rahatdır. Bilirsiniz, müasir dövrdür. Normal olaraq texnologiya inkişaf edib. Komputer, internet  hazırkı uşaqları o qədər kütləşdirib ki, müstəqil düşünə bilmirlər. Məsələn, onlardan vurma cədvəlini soruşsan, o dəqiqə telefonu çıxarıb kalkulyatordan istifadə edəcəklər.

- Bu sənətin təbliğatı istiqamətində hansısa təşəbbüs irəli sürmək fikriniz varmı?

- İnişil ANS telekanalında “Ola bilməz” adlı  bir verlişim var idi. Hardasa 4 ay davam etdi. Küçədə fokus göstərirdik. Yaxşı reytinq də qazandı. İnsana yeməyi ac olanda versən, onu daha ləzzətlə yeyər. Amma indi hansısa televiziyada veriliş yayımlasaq, qəbul olunmayacaq. Çünki televiziyaya baxan azdır. Həmçinin camaat başqa səmtə meyllidir.

- İllüziya sənətindən əldə etdiyiniz qazanc sizi qane edirmi?

- Mən  Bakı Uşaq Teatrında  işləyirəm. Dövlətin verdiyi maaş  qənaətbəxş deyil. Gəlirimiz əlavə qazanca bağlıdır. Məsələn, şirkətlərin tədbirlərinə, ad günlərində, bu kimi məclislərdə iştirak etməklə nəsə qazanmaq olur. Hazırda İranda işimi qurmuşam. Orada böyük tamaşalar hazırlayırıq. Məsələn, keçən il Təbrizdə 20 gün 90 dəqiqəlik konsert etdik. Bu, mənim təşəbbüsüm  idi. Sponsor tapdıq və  bu işə 40 000 manat pul qoyduq.

- Bəs Azərbaycanda?

- Azərbaycanda Rus Dram Teatrında “Ecazkarlar” adlı konsert vermişəm.  Tamaşaçılar da kifayət qədər idi və konsert uğurlu keçdi.

- Yenə belə bir planınız varmı?

- Bəli. Sadəcə risk edə bilmirəm. Konsert üçün yer tutmaq lazımdır və bunun maliyyə, reklam  xərcləri var. Adam fikirləşir ki, edərəm, birdən alınmaz və ziyana düşərəm. Əgər maliyyə dəstəyi olsa, Azərbaycanda da 20 günlük konsert edə bilərəm.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qəzzada 4 İsrail hərbçisi minaya düşdü
18.02.2018, 00:54

Qəzzada 4 İsrail hərbçisi minaya düşdü

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı
18.02.2018, 00:33

Ukrayna Rusiya ilə danışıqların şərtini açıqladı

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 
18.02.2018, 00:16

Azərbaycan cüdoçuları ilk yarış günü  4 medal qazandı 

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi
17.02.2018, 23:59

Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişdi

Türkiyədən terrorçulara növbəti zərbə
17.02.2018, 23:47

Türkiyədən terrorçulara növbəti zərbə

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı
17.02.2018, 23:31

Bakı sakini tullantılardan neft və qaz ala bilən avandlıq hazırladı

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü
17.02.2018, 23:17

Fişənglərin alışması nəticəsində doqquz nəfər öldü

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO
17.02.2018, 23:00

Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı -VİDEO

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı
17.02.2018, 22:44

ABŞ dünyanı Şimali Koreya ilə əlaqələri kəsməyə çağırdı

Uşaq bağçasında  87 uşaq zəhərləndi
17.02.2018, 22:26

Uşaq bağçasında  87 uşaq zəhərləndi

Feysbuk və FTB birgə çalışacaq
17.02.2018, 22:14

Feysbuk və FTB birgə çalışacaq

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir
17.02.2018, 21:59

Hər il 40 milyon insan bu səbəbdən həyatını itirir

Həbsxanadan 10 məhkum qaçdı
17.02.2018, 21:43

Həbsxanadan 10 məhkum qaçdı

Türkiyə daha iki şəhid verdi
17.02.2018, 21:25

Türkiyə daha iki şəhid verdi

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar
17.02.2018, 21:09

Qaradağlı faciəsinin qurbanları anıldı - Fotolar

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı
17.02.2018, 20:54

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə müzakirələr apardı

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı
17.02.2018, 20:39

Üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

Zəlzələ İngiltərəni də silkələdi
17.02.2018, 20:22

Zəlzələ İngiltərəni də silkələdi

SOCAR-a məxsus benzin daşıyan maşın partladı
17.02.2018, 20:14

SOCAR-a məxsus benzin daşıyan maşın partladı

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb
17.02.2018, 20:00

Helikopter qəzasında ölənlərin sayı 13 nəfərə çatıb

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq
17.02.2018, 19:41

GUAM ölkələri baş nazirləri Moldovada toplanacaq

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında
17.02.2018, 18:43

Azərbaycanlı nazir Münhen Təhlükəsizlik Konfransında

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu   
17.02.2018, 18:39

Gənc blogerlərlə bağlı sorğu yekunlaşdı - Əlixan Rəcəbov 1-ci oldu  

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”
17.02.2018, 18:21

“Zob”un simptomları - Doktor: “Xəstəliyi başlı-başına buraxmayın”

Sarkisyan Almaniyaya getdi   
17.02.2018, 17:59

Sarkisyan Almaniyaya getdi  

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi   
17.02.2018, 17:55

Mirmahmud Mirəlioğlu seçkilərə qatılmaq istəmədi  

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO
17.02.2018, 17:37

Qəbələdə futboldan sonra kütləvi TOQQUŞMA - VİDEO

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi
17.02.2018, 17:33

Akif Nağı seçkilərə qatılacaq - Yekun qərar verildi

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub
17.02.2018, 17:11

Seçkilərdə müşahidəçilik üçün MSK-ya 6 müraciət daxil olub

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI   
17.02.2018, 17:06

Prezidentliyə namizədliyi irəli sürülən 12 nəfər - SİYAHI  

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək
17.02.2018, 16:47

Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR   
17.02.2018, 16:37

Daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR  

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı
17.02.2018, 16:30

İki nəfərin ölümünə səbəb olan “Kamaz” sürücüsü saxlanıldı

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  
17.02.2018, 16:04

Üç gün öncə ad gününü keçirən aktyor vəfat etdi  

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər   
17.02.2018, 15:43

Deputatlar Xocalı soyqırımı ilə bağlı Avropaya gedirlər  

ARXİV