22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Azərbaycanda ilanların pulla tutulması təklif edilir
Azərbaycanda ilanların pulla tutulması təklif edilir
19.10.2017, 09:17

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutu ödənişli əsaslarla ilanların zərərsizləşdirilməsini təklif edir.

 

İnstitutun direktoru Elman Yusifov Trend-ə bildirib ki, yeni təsdiqlənmiş “Elm haqqında” qanunla artıq AMEA-nın müəssisələrinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

 

Hazırda bu işin kortəbii şəkildə həyata keçirildiyini deyən E.Yusifov son zamanlar İnstituta ilanların zərərsizləşdirilməsi ilə bağlı edilən müraciətlərin sayının artdığını da söyləyib.

 

E.Yusifov qeyd edib ki, əslində, qanuni baxımdan belə müraciətlərin bu quruma ünvanlanması doğru deyil: “Çünki hazırda ətraf mühitə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) nəzarət etdiyindən bu məsələləri həmin qurumla razılaşdırmaq lazımdır. Yalnız ETSN-in razılıq məktubu əsasında İnstitutun mütəxəssisləri ərazidən ilanları götürə bilərlər”.

 

Azərbaycanda ilan tutma sahəsində mütəxəssislərin sayının çox az olduğunu və bu işin həm də çox riskli olduğunu deyən E.Yusifov hazırda İnstitutun maddi-texniki imkanlarının bu işi görməyə imkan vermədiyini söyləyib.

 

Bunları nəzərə alaraq, E.Yusifov təklif edir ki, ilanların zərərsizləşdirilməsi işi yalnız qarşılıqlı müqavilə əsasında həyata keçirilsin: "Bunun üçün İnstitutla müraciət edən müəssisə arasında müqavilə bağlanılmalıdır. Həmin müraciət edən təşkilat isə ya yerli icra hakimiyyəti, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ya da Fövqəladə Hallar Nazirliyi ola bilər. Əgər Fövqəladə Hallar Nazirliyi bu işin təşkilatçısı olarsa, o, bizimlə ödənişli əsaslarla müqavilə bağlaya bilər. Ondan sonra biz ödənişli əsaslarla ilan, əqrəb və digər zəhərli heyvanların zərərsizləşdirilməsi ilə məşğul ola bilərik”.

 

E.Yusifov onu da əlavə edib ki, Azərbaycanda zəhərli ilanlar əsasən, yarımsəhra ərazilərdə, yəni Aran rayonlarında olur: “İlanlar yüksək dağlıq ərazilərdə də olur. Onlar dəniz səviyyəsindən 2000 metrədək qalxa bilirlər. Amma o ilanlar az zəhərlidirilər”.

 

Bu gün ilanların sayının artması ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyən E.Yusifov bildirib ki, ətrafda tikinti işlərinin geniş vüsət alması, təsərrüfat işlərinin genişlənməsi nəticəsində ilanlar ərazilərdən qaçırlar. Ona görə də insanlar ilanların sayının artması qənaətinə gəlirlər.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”
22.11.2017, 12:46

Yevda Abramov sərt DANIŞDI: “Bizdə qiymət qalxdısa, onun enməsi problemdir”

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”   
22.11.2017, 12:45

Rəsulzadənin xanımının məzarını tapan jurnalist: “Əlavə detallar öyrənməyə çalışıram”  

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib   
22.11.2017, 12:38

ABŞ-da Azərbaycan həqiqətləri təbliğ edilib  

Sabahın hava PROQNOZU   
22.11.2017, 12:34

Sabahın hava PROQNOZU  

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi
22.11.2017, 12:31

Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərdi

Deputat şəhid ailələri ilə bağlı təklif verdi
22.11.2017, 12:25

Deputat şəhid ailələri ilə bağlı təklif verdi

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR   
22.11.2017, 12:24

“Onu general kimi görəcəyimə sevinirdim” - Milli Qəhrəman Murad Mirzəyevin XANIMI - FOTOLAR  

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək
22.11.2017, 12:20

Soçi GÖRÜŞÜ: Moskva, Tehran və Ankara Suriyanın taleyini həll edəcək

Parlament yenə büdcəni müzakirə edir
22.11.2017, 12:07

Parlament yenə büdcəni müzakirə edir

Azərbaycandakı yanğın, partlayışlarla bağlı həyəcanlı STATİSTİKA
22.11.2017, 12:03

Azərbaycandakı yanğın, partlayışlarla bağlı həyəcanlı STATİSTİKA

Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE
22.11.2017, 11:50

Putin-Ərdoğan-Ruhani görüşündə Qarabağ müzakirə olunmayacaq - MÖVQE

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
22.11.2017, 11:46

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Yaponiya İmperatoru taxtdan imtina edir
22.11.2017, 11:34

Yaponiya İmperatoru taxtdan imtina edir

Qonşu ölkə pullarının dəyərdən düşməsi Azərbaycana təsir edəcək
22.11.2017, 11:18

Qonşu ölkə pullarının dəyərdən düşməsi Azərbaycana təsir edəcək

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO
22.11.2017, 11:16

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” - VİDEO

Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər
22.11.2017, 11:06

Tanınmış şəxslər Fədayə Laçına görə ölkə rəhbərliyinə müraciət etdilər

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi davam edir
22.11.2017, 11:03

Bakı Ali Neft Məktəbində Layihələri İdarəetmə Məktəbi davam edir

Əsəb dispanserindən qaçan şəxsin meyiti tapıldı
22.11.2017, 10:53

Əsəb dispanserindən qaçan şəxsin meyiti tapıldı

Deputatlarımız AŞPA-nın iclaslarına gedirlər   
22.11.2017, 10:49

Deputatlarımız AŞPA-nın iclaslarına gedirlər  

Ermənilər mövqelərimizə mərmilər atdı
22.11.2017, 10:44

Ermənilər mövqelərimizə mərmilər atdı

Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşdü
22.11.2017, 10:42

Leyla Əliyeva UNICEF-in regional direktoru ilə görüşdü

Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı
22.11.2017, 09:55

Qarabağda 3 erməni hərbçi öldü, 1-i yaralandı

Abdal dərəsinin gizlinləri
22.11.2017, 09:54

Abdal dərəsinin gizlinləri

22.11.2017, 09:47

"İki məhbusun qaçması Penitensiar Xidmətdə nöqsanların olduğunu göstərir” - NAZİR  

Ağ Ev  Putin-Tramp danışığının mövzularını açıqladı
22.11.2017, 09:41

Ağ Ev  Putin-Tramp danışığının mövzularını açıqladı

Xəzərdə zəlzələ oldu
22.11.2017, 09:37

Xəzərdə zəlzələ oldu

Tbilisidə antiterror ƏMƏLİYYATI
22.11.2017, 09:34

Tbilisidə antiterror ƏMƏLİYYATI

Şəhid anası oğlunun məzarında bayraq asılmasını istəyir
22.11.2017, 09:27

Şəhid anası oğlunun məzarında bayraq asılmasını istəyir

Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR
22.11.2017, 09:25

Rəsulzadənin xanımının məzarı tapıldı - FOTOLAR

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ   
22.11.2017, 09:17

“Bit bazarı” deyib keçməyin - Hər şey tapacaqsınız - REPORTAJ  

Həbsdə olan müğənni Fədayə Laçından YENİ XƏBƏR var
22.11.2017, 09:01

Həbsdə olan müğənni Fədayə Laçından YENİ XƏBƏR var

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək
22.11.2017, 08:57

Milli Məclisdə büdcə müzakirələri bu gün də davam edəcək

Prezidentlər 1 neçə saatdan sonra Suriyanın taleyini həll edəcəklər
22.11.2017, 08:54

Prezidentlər 1 neçə saatdan sonra Suriyanın taleyini həll edəcəklər

Nöqsanlara yol verən 20 məhkəmə hakimi işdən çıxarılıb   
22.11.2017, 08:48

Nöqsanlara yol verən 20 məhkəmə hakimi işdən çıxarılıb  

“Qarabağ” və daha 15 klub bu gün Çempionlar Liqasında 5-ci tura çıxır - TƏQVİM    
22.11.2017, 08:34

“Qarabağ” və daha 15 klub bu gün Çempionlar Liqasında 5-ci tura çıxır - TƏQVİM  

ARXİV