Modern.az

DTX yarım milyondan çox saxta aksiz markasını saxladı

DTX yarım milyondan çox saxta aksiz markasını saxladı

19 Oktyabr 2017, 09:38

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub.

Başlanılmış cinayət işi üzrə DTX və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.

Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi