Modern.az

4 yaşlı Axar.az-ın baş redaktoru: “Vallah, özümüzü “hazıra nazir” aparmırıq” - MÜSAHİBƏ  

4 yaşlı Axar.az-ın baş redaktoru: “Vallah, özümüzü “hazıra nazir” aparmırıq” - MÜSAHİBƏ  

Media

19 Oktyabr 2017, 09:56

Bu gün Azərbaycanın elektron media məkanında öz dəsti xəttilə seçilən Axar.az saytının 4 yaşı tamam olur. Modern.az media qurumunun baş redaktoru Anar Niftəliyevlə birgə 4 ilə qısa ekskurs edib.
 

- Anar müəllim, öncəliklə sizi və kollektivinizi təbrik edirik. Bizə maraqlıdır, 4 yaşlı Axar.az arzularınızı doğrulda bilibmi? Ötən müddətdə çətinlikləriniz, qarşınızı kəsən maneələr olmamış deyil...

- Çətinliklər də, maneələr də, qısqanclıqlar da olub. Amma bunlar hamısı geridə qalıb, gələcəyə baxırıq, keçmişdə qalmamışıq. Yadımızda qalan ilk gündən yanımızda olanlardır. İndi də Axar.az onlarla birlikdədir, özündən kiçik həmkarlarına da hər zaman doğmalıq göstərir. 4 yaşımıza 4 versiyada oxucuların ixtiyarındayıq – nəticədən və oxucuların münasibətindən narazılıq etməyə haqqımız yoxdur.

 

- Saytın adı da maraqlıdır. Niyə məhz Axar.az?

- Bu sualın cavabı Aynur xanımdadır. Bizə "Axar" adı hazır verilib - amma vallah, özümüzü "hazıra nazir" aparmırıq, gecə-gündüz çalışırıq ki, oxucularımız AXARLI xəbər alsınlar.

- Bəs hədəfləriniz nədir?

- Doğrunu yazmaq, açıq-saçıqlıqdan kənar olmaq, əxlaqi dəyərlərimizi gözləmək, siyasətə oxucularımızın yağın 1 manat bahalaşması deyil, dünyada gedən proseslər fonunda yanaşmasını – daha geniş baxış bucağını təmin etmək, ana dilinin təmizliyini qorumaq… Axar.az-ın inkişafı ilə bağlı arzularımızsa çoxdur.

- Hazırda komandanızda neçə əməkdaş çalışır?

- Əslində, biz bütün oxucularımızla birgə böyük komandayıq və bu komanda günlük 60 minə yaxınlaşır.
 

- İntenet mediasında böyük rəqabət var. Rəqabətin olması həm də inkişaf deməkdir. Amma bəzi redaksiyalar var ki, xəbər ilk onlarda getməyəndə müxbirlərə sözün əsl mənasında qan uddururlar. Sizin Axar.az komandasından əsas tələbləriniz nədir?

- Əməkdaşlarımızın məndən çox razı olduğunu və ya “qan uddurulmadıqlarını” deməzdim. Tələblərimiz çoxdur, onları bircə sözlə bu cür ümumiləşdirə bilərəm: peşəkar olmalarını istəyirəm.
 

- Biz də Modern.az olaraq sizi təbrik edir, uğurlarınızın bol olmasını arzulayırıq.

- Modern.az-a təşəkkürlər! Sağ olun ki, varsınız və birlikdəyik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir