Modern.az

Qarabağ üçün Kərkük modeli - İran sərhədi bağlayır və...

Qarabağ üçün Kərkük modeli - İran sərhədi bağlayır və...

19 Oktyabr 2017, 10:16

Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-cı ildönümündə Qarabağdakı işğalçı ordu hərbi təlimlər keçirdi. Əslində düşmən ordusunun azərbaycansayağı genişmiqyaslı hərbi təlimlər keçirməyə nə imkanı, nə potensialı yoxdur. Sadəcə, “ağa”larından aldıqları təlimata uyğun olaraq varlıqlarını nümayiş etdirməyə çalışırlar.

 

Azərbaycanın işğal altındakı ərazilərdəki ordu təbii ki, həm də cinayətkar prezident Serj Sərkisyanın Cenevrədəki çıxışının ruhuna uyğun davrandı. İşğalçı lider Cenevrə görüşündə özünü “sülhpərvər” kimi göstərməyə çalışdı, adam kimi oturdu, danışdı, güldü... Ancaq oradan çıxıb hesabat üçün erməni icmasının qarşısına keçəndən sonra şirə döndü.

 

Son görüşdən çıxan nəticə budur: Ermənistan dinc yolla Azərbaycan ərazilərini azad etməyəcək. Məlumdur, ordumuz buna qadirdir. Əgər ATƏT-matət müharibənin olmasını istəmirsə, o halda başqa yol da var. Bu, işğala son qoymağın Kərkük modelidir.

Həmsədrlər Cenevrədə mənasız bir görüşün təşkilatçılığını etdiyi zaman İraq ordusu bir dənə itki vermədən ərazisinin strateji əhəmiyyətli hissəsini kürd separatçılarından azad etdi. Həmin günə qədər Bərzani də eynilə Sərkisyan və ya Saakyan kimi hədə-qorxu gəlirdi. İndi avazı dəyişib, başqa tonda danışır. Bu, bir nümunədir, həm də illərdən bəri davam edən erməni işğalına son verə biləcək nümunə!

Bərzani hökuməti də İraqın ərazi bütövlüyünə qəsd etmişdi, Kərkük və digər əraziləri ələ keçirməklə İraq Kürd Muxtariyyətinin ətrafında “bufer” zona yaratmışdı, Dağlıq Qarabağ ətrafındakı rayonlar kimi... “Müstəqillik” referendumundan bircə ay keçdi, geri dönüş baş verdi. Hansı ki, Bərzaninin arxasında İsrail, ABŞ kimi güclərin olduğu deyilirdi. Amma hətta İraqda olan Amerika əsgərləri də Kərkükün geri alınmasını, sadəcə, seyr etdilər.

 

Deməli, Azərbaycan ordusu da ildırım sürətilə torpaqlarını azad etmək üçün əməliyyat keçirə bilər. Elə kərküksayağı. Əvvəlcə Ermənistana və Qarabağ separatçılarına vaxt verilir. Sonra da... Yəqin ki, Rusiya amili yada düşəcək. Ancaq söhbət Azərbaycan ərazilərindən gedirsə, başqa hansısa dövlətin müdaxilə etməsi qəbulolunmazdır. Necə ki, İraqda qəbuledilməz sayıldı və Bağdad separatçıların bayrağını çıxarıb Kərkükə öz bayrağını sancdı.

 

Kürd separatçılarının bir güllə atmadan Kərkükü tərk etməsinə təkcə Bağdadın iradəsi səbəb olmadı. Burada qonşu Türkiyə və İran dövlətlərinin qətiyyətli mövqeyi də öz sözünü dedi. Həm Ankara, həm də Tehran bir araya gəldi, ortaya vahid mövqe qoydular, kürd separatçılarının üzünə sərhədləri bağladılar, dedilər “indi müstəqil ol, görək necə olursan”.

Deməli, nəinki Qarabağ separatçılarını, hətta Ermənistanı da qısa müddətdə diz çökdürmək olar. Necə ki, 1991-ci ildə bir dəstə erməni Bakıya minnətə gəlmişdi. Çünki o zaman hələ İran-Ermənistan “nəfəsliyi” yox idi, müsəlman qonşumuz işğalçıya sərhədlərini açmamışdı. Azərbaycan bir az təzyiq edən kimi, ermənilərin “oksigeni” tükənirdi. 

Qardaş Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb. Ancaq böyük dünya gücləri müxtəlif təzyiqlərlə sərhəd qapılarının açılmasına nail olmaq istəyirlər. Hətta işğalçıya daha geniş əl-qol açmaq imkanı vermək üçün Sürixdə gizli anlaşma imzalandı.

Kərkük nümunəsi göstərdi ki, işğala və separatizmə son qoymaq üçün bir güllə atmadan, sadəcə, sərhədləri bağlamaqla da nail olmaq mümkündür. Türkiyənin mövqeyi məlumdur, “Azərbaycan torpaqlarının işğalına son qoy, sərhədi açım” deyir. Digər qonşumuz Gürcüstanı Azərbaycanla çox tellər, layihələr bağlayır. Üstəlik, son aylar Gürcüstan erməniləri Tiflisə qarşı ərazi iddiaları qaldırıblar, “ölkədəki kilsələr bizimdir” deyirlər. Deməli, Bakı və Tiflisin bir yerdə olmasını zəruri edən ciddi amillər var. Ermənistan onsuz da Gürcüstandan yanıqlıdır, Rusiyadan gələn yolu kəsdiyi üçün. Amma gürcülərin növbəti addımı işğalçı ölkə üçün yaxşı sürpriz olar. 

Müsəlman qonşumuz İran isə Qarabağ məsələsinin tənzimlənməsi prosesində rol oynamaq istəyir. Buyursun, bircə həftə Mehri nəfəsliyini qapatsın, qışqabağı işğalçı ölkəyə verdiyi elektriki, qazı kəssin, nəticəni hər kəs görsün. O halda Qarabağda bir silahlı dığa qalmayacaq, məscidlərdəki donuzlar rədd olub gedəcək müsəlman torpağından. İran Ermənistanla sərhədi bağlasa, Tehranın “Qüds Qüvvələri”nin komandanı Qasım Süleymanini Qarabağa döyüşə göndərməsinə ehtiyac qalmayacaq. Və müharibəsiz-filansız torpaqlarımız azad olunacaq...

 

Elşad Paşasoy, musavat.com

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir