Modern.az

Bu ilin büdcəsində 783,6 mln. manat defisit yaranıb - RƏSMİ  

Bu ilin büdcəsində 783,6 mln. manat defisit yaranıb - RƏSMİ   

19 Oktyabr 2017, 11:13

Maliyyə Nazirliyi 2017-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin icrasına (operativ) dair məlumatı açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev Modern.az-a bildirib ki, 2017-ci ilin doqquz ayında dövlət  büdcəsinin mədaxili 12045,1 mln. manat,  xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.

 

Nazirlik rəsmisinin sözlərinə görə, 2017-ci doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı  12045,1 mln. manat və ya 0,2 faiz çox icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur:

“Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1  faiz  icra edilməklə dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur.

Həmin vəsaitin 73,2 faizi və ya  3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür”.

M.Piriyev qeyd edib ki, hesabat dövründə Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9 faiz çoxdur:

“Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0  mln. manat  vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0 faiz azdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən  daxilolmaları 246,7 mln. manat təşkil etmişdir ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9 faiz çoxdur.

Sair daxilolmalar üzrə büdcəyə  323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən  transfert şəklində daxil olunub.

2017-ci ilin iyul-sentyabr ayları üzrə  dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.

 

2017-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 mln. manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 mln. manat və ya 20,3 faiz çoxdur.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4865,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 mln. manat və ya 7,8 faiz çoxdur.

Cari ilin doqquz ayında  dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 mln. manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 mln. manat vəsait yönəldilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 mln. manat icra olub.

 

Qurum rəsmisi qeyd edib ki, cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 mln. manat kəsir (defisit) yaranıb:

“Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

Hesabat dövründə icmal büdcənin gəlirləri 17586,9 mln. manat, icmal büdcənin xərcləri  isə 16972,4  mln. manat  icra olunmuşdur. İcmal büdcənin artıqlığı 614,5 mln. manat təşkil edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?