Modern.az

Necdet Ünüvar türkiyəli deputatların AŞ PA-da Azərbaycana qarşı səs verməsindən üzülüb

Necdet Ünüvar türkiyəli deputatların AŞ PA-da Azərbaycana qarşı səs verməsindən üzülüb

19 Oktyabr 2017, 11:19

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar  deyib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlarının Azərbaycanla bağlı qətnamənin qəbul edilməsi lehinə səs verməsi üzücüdür.

N. Ünüvar Modern.az-a açıqlamasında bildirib ki, o, türkiyəli deputatların bu addımını qətiyyətlə pisləyir. Millət vəkili qeyd edib ki, CHP-dən olan deputatların belə fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinə əsla təsir etməyəcək:

"Türkiyə və Azərbaycan bütün beynəlxalq təşkilatlarda qardaş mövqeyindən çıxış ediblər. Bu gün Azərbaycan və Türkiyə münasibətləri mükəmməl səviyyədədir".

N. Ünüvarın sözlərinə görə, Azərbaycan əleyhinə səs verənlər Azərbaycanın sosial, siyasi və demokratik inkişafının fərqində olsaydılar, belə addım atmazdılar.

Xatırladaq ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları Azərbaycan haqqında həqiqətəuyğun olmayan məqamların qeyd olunduğu qətnamənin lehinə səs veriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir