Modern.az

Əsl sensasiya bu ola bilər ki, Azərbaycan danışıqlardan imtina etsin - Rusiyalı analitik 

Əsl sensasiya bu ola bilər ki, Azərbaycan danışıqlardan imtina etsin - Rusiyalı analitik 

19 Oktyabr 2017, 11:21

“Cenevrə görüşündə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində ümumi məsələləri müzakirə ediblər”.

 

Modern.az xəbər verir ki, bunu rusiyalı analitik Qriqori Trofiimçuk Ermənistanın "168 jam" nəşrinə bildirib.

 

O qeyd edib ki, görüşdə sensasiya olmayıb. Ekspertin fikrincə, əsl sensasiya bu ola bilər ki, Azərbaycan bu cür danışıqlardan imtina etsin.

 

“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan nəticələr həyata keçirilmədi. Qarabağda status-kvo 2016-cı ilin aprelində dəyişib.

 

Azərbaycan ordusu müəyyən əraziləri öz nəzarətinə alıb. Ermənistan prezidenti isə həmsədrlərdən tələb edə bilərdi ki, bu məsələyə dair dəqiq mövqelərini bildirsinlər”-deyə o əlavə edib.

 

Politoloqun fikrincə, Azərbaycanın Cenevrə görüşündən gözlədiyi nəticələr olmayacaq.

 

“Heç kim heç kimə torpaq qaytaran deyil” –Trofimçuk belə hesab edir.

 

Qeyd edək ki, oktyabrın 16-da Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

 

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə bəyanat yayıblar.

 

Bəyanatda deyilir:

 

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Prezident Serj Sarkisyanla Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

 

ATƏT Minsk Qrupunun həmsədrlərinin (İqor Popov  Rusiya Federasiyası, Stefan Viskonti Fransa, Andrü Sxofer Amerika Birləşmiş Ştatları) himayəsi altında keçirilən görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iştirak ediblər. Zirvə görüşünə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də qatılıb.

 

Görüş konstruktiv mühitdə keçib. Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.

 

Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər".  

 

“Serj Sarkisyan adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır”.

 

Bunu isə  Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bildirib.

 

N.Məmmədov qeyd edib:

 

"Təəssüflər olsun ki, Serj Sarkisyan yenə öz ampluasındadır. Adətinə uyğun olaraq, danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır.

 

Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı.

 

Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

 

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir