Modern.az

Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə müzakirə apardı

Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə müzakirə apardı

19 Oktyabr 2017, 11:30

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinə (ODTU) səfər edib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfərdə Elmar Qasımov və ODTU-nin rektoru professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq arasında görüş keçirilib. Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər arasında ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisaslarının əsasında BANM-də eyni adlı ixtisasların açılması haqda razılıq əldə edilib. Səfər zamanı həmçinin təhsil müəssisələri arasında ikili diplomun verilə biləcəyi imkanları müzakirə olunub. Rektor Elmar Qasımov bu məqsədlə ODTU-nun rektoru prof. Mustafa V.Kökü yaxın zamanda BANM-ə dəvət edib.

Səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək Ali Məktəbə böyük marağı olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir