Modern.az

Asim Mollazadə ABŞ-da Dünya İşləri üzrə Şuranın nümayəndələri ilə görüşüb

Asim Mollazadə ABŞ-da Dünya İşləri üzrə Şuranın nümayəndələri ilə görüşüb

10 İyun 2011, 12:47


Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Dünya İşləri üzrə Şurasının prezidenti və icraçı direktoru Lori Mürreyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması yolları, Azərbaycanın inkişaf perspektivləri, Avroatlantik məkana inteqrasiya məsələləri müzakirə olunub. Asim Mollazadə həmçinin qonaqlara rəhbərlik etdiyi partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qonaqlar da öz növbələrində bildiriblər ki, Azərbaycanla bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdıracaqlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir