Modern.az

Elnur Eltürk mükafatlandırıldı  

Elnur Eltürk mükafatlandırıldı   

19 Oktyabr 2017, 11:51

Danimarkada fəaliyyət göstərən Skandinaviya Türk Federasiyası diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürkü diplomla mükafatlandırıb.

Skandinaviya Türk Federasiyasının rəhbəri, yazar Ilhan Esen Elnur Eltürkün Türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən şəxs olduğunu qeyd edib:

“Onun Azərbaycan-Türk dünyası arasında mənəvi-sosial və s. istiqamətlərdə fəaliyyətini diqqətlə izləyirik. “Qarabağ”-“Kopenhagen” oyunu zamanı göstərdiyi fəallığı yaddan çıxara bilmərik. Həqiqətən əzmlə və yüksək iradə ilə “Qarabağ” komandasına dəstəyini göstərdi. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Qeyd edək ki, Elnur Eltürk diaspor üzrə araşdırmaçı jurnalist olmaqla yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri vəzifəsində çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...