Modern.az

XİN Qarabağa gedən məşhur teleaparıcı ilə bağlı araşdırmaya başladı

XİN Qarabağa gedən məşhur teleaparıcı ilə bağlı araşdırmaya başladı

19 Oktyabr 2017, 12:08

Xəbər verdyimiz kimi, tanınmış amerikalı teleaparıcı, CNN-nin efirində yayımlanan “Parts Unkown” verilişinin aparıcısı Entoni Burden Dağlıq Qarabağa qanunsuz səfər edib. Kulinariya sahəsi ilə bağlı veriliş üçün işğal altındakı Azərbaycan torpaqlarına gedən Burden verilişinin növbəti buraxılışını Qarabağa həsr edəcək.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlama verib:

“Hazırda məsələ araşdırılır və Xarici İşlər Nazirliyi tərəfindən lazımi  tədbirlər görüləcək”.

Qeyd edək ki, çəkilişləri davam edən epiozodun 2018-ci ilin yazında CNN-in efirində yayımlanacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi