21 oktyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - İtaliya Senatında Azərbaycanla bağlı müzakirələr - FOTO
İtaliya Senatında Azərbaycanla bağlı müzakirələr - FOTO +
19.10.2017, 12:11

Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliya Parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının birgə təşkilatçılığı ilə 18 oktyabr tarixində İtaliya Senatının "Palazzo Giustiniani" sarayında "Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol" adlı konfrans keçirilib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərabycanla İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərzində təşkil olunmuş silsilə tədbirlərdən biri olan və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edən bu konfransda İtaliya parlamentinin, hökumətinin üzvləri, elmi-akademik dairələrin, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta açaraq iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıqdan məmnunluğunu bildirib, əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahəsində inkişafı dinamikası, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları, habelə parlamentlərarası təmasların Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb.

 

İtaliya Parlamentində Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədri senator Sercio Divina iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsinə nail olunmasında parlamentlərarası əməkdaşlığın, xüsusilə də rəhbərlik etdiyi assosiasiyanın verdiyi töhfələrdən söz açıb, eləcə də Azərbaycanın geostrateji önəmi, xüsusilə də İtaliya üçün əhəmiyyəti, ölkəmizdə müxtəlif sahələrdə əldə olunan uğurlardan bəhs edib. 

 

Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri millət vəkili Azər Kərimli çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin tarixindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan, qarşılıqlı səfərlərdən, Heydər Əliyev Fondunun əlaqələrin inkişafına verdiyi töhfələrdən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, habelə ölkəmizin müstəqlillik dövründə əldə etdiyi nailiyyətlər, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb.     

 

Tədbirə Bakıdan video-konfransla qoşulan İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayıb, Azərbaycanın İtaliya üçün əhəmiyyəti, əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycanla İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə aparan yol, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı qəbul olunmuş strateji tərəfdaşlıq haqqında birgə bəyanat, geniş iqtisadi gündəlik, mədəniyyət, elm, təhsil sahələrində önəmli mübadilələr, bu xüsusda Heydər Əliyev Fondunun töhfələri, əlaqələrin perspektivləri, Trans Adriatik Boru Kəməri (TAP), gələn il İtaliyanın ATƏT-ə sədrliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrlə bağlı gözləntilərimiz, Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyinin qeyd edilməsi çərçivəsində təşkil olunmuş tədbirlər barədə danışıb. 

 

Bundan sonra konfrans iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərə dair panellərlə davam etdirilib.

 

Siyasi paneldə ilk olaraq çıxış edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova iki ölkə arasında bütün sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələr, İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, əlaqələrin daha da dərinləşməsi üçün İtaliya hökumətinin göstərdiyi səylər, TAP-ın İtaliya üçün strateji əhəmiyyəti, onun nəzərdə tutulan qrafik üzrə realizasiyası üçün hökumətin atdığı addımlar, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşməsinin İtaliya tərəfindən tam dəstəklənməsi barədə danışıb, habelə gələn il ATƏT-in sədri kimi İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün çalışacağını bildirib.

 

İtaliya Senatının Avropa İttifaqı Siyasəti daimi Komissiyasının sədri Vanino Kiti də öz çıxışında Azərbaycan-Avropa Birliyi əlaqələri və bu əlaqələrin genişlənməsinə İtaliyanın verə biləcəyi töhfələrə toxunub, ötən il rəhbərlik etdiyi komissiyanın üzvləri ilə birgə Azərbaycana etdiyi səfər və səfər vaxtı keçirdiyi görüşlər, ölkəmizlə bağlı müsbət təəssüratları barədə danışıb.

 

Ardınca çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, ölkəmizin beynəlxalq münasibətlərdə artan nüfuzu, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda yürütdüyü müstəqil xarici siyasəti, siyasi, iqtisadi, sosial və digər sahələrdə ölkəmizin əldə etdiyi uğurları barədə danışıb. O, Azərbaycanın radikalizm, ekstremizm, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizənin ön xəttində yerləşdiyini və regionun sabitlik və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edərək Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Avropa İttifaqı ilə Strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini diqqətə çatdırıb.

 

İqtisadi sahədə əlaqələrlə bağlı paneldə ilk olaraq çıxış edən SOCAR şirkətinin vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov əsas etibarilə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi, bu layihənin İtaliya üçün əhəmiyyəti, habelə Azərbaycanın neft-qaz, neft-kimya sahələrində İtaliya şirkətlərinin fəaliyyəti mövzularına toxunub.

 

Ardınca çıxış edən SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera TAP layihəsinin realizasiyası çərçivəsində görülən işlər, bu layihənin İtaliya və Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfələr, SNAM ilə SOCAR arasında strateji tərəfdaşlıq mövzularına toxunub.

Mədəniyyət sahəsində əlaqələrlə bağlı paneldə çıxış edən İtaliyanın Mədəniyyət Nazirinin müavini Antimo Çezaro Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq, bu xüsusda Heydər Əliyev Fondunun verdiyi töhfələr, Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün bu il Azərbaycana səfəri və səfərlə bağlı xoş təəssüratları barədə danışıb.

 

Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının üzvü senator Maria Rizzotti Azərbaycanın zəngin mədəniyyəti, müsəlman aləmində ilk dəfə olaraq məhz Azərbaycanda Avropa mədəniyyəti irsinin formalaşması, ölkəmizdə qadınların önəmli rolu, ölkəmizin multikultural ənənələri barədə danışıb.

 

Ardınca çıxış edən senator, sabiq təhsil naziri Stefania Ciannini ötən il İtaliyanın təhsil naziri qismində ölkəmizə həyata keçirdiyi səfər, səfər vaxtı Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti ilə tanış olması, iki ölkə arasında təhsil, elmi-tədqiqat sahələrində əməkdaşlıq və onun daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.

 

Sonra çıxış edən İtaliya Daxili İşlər Nazirliyinin İtaliya İslam Şurasının müşaviri, İtaliya İslam Dini Şurasının (CO.RE.İS.) sədr müavini, İSESKO-nun Qərbdə Təhsil və Mədəniyyət Şurasının sədri Yəhya Pallaviçini Azərbaycanın multikulturalizm modeli və bu modelin dünya üçün nümunə olduğundan danışıb, ölkəmizin dünyada dinlər və mədəniyyətlararası dialoqun təşviqindəki önəmli rolundan, bu xüsusda ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdən bəhs edib.

 

İtaliya Senatının Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın Dostları Parlamentlərarası Assosiasiyasının sədr-müavini Mauro Marino konfransın yekunları ilə bağlı fikirlərini bölüşərək, iki ölkə arasında əməkdaşlıqda əldə edilmiş nailiyyətərin davamlılığının təmin edilməsi üçün müxtəlif sahələrdə mövcud böyük potensialdan faydalanmağın vacibliyini, o cümlədən İtaliya üçün prioritet əhəmiyyət kəsb edən TAP layihəsinin realizasiyasının önəmini qeyd edib.  

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Badamdarda sürüşmə zonasında gərginlik davam edir
21.10.2018, 12:56

Badamdarda sürüşmə zonasında gərginlik davam edir

İsrail Qəzza zolağı ilə sərhədi açdı
21.10.2018, 12:19

İsrail Qəzza zolağı ilə sərhədi açdı

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi
21.10.2018, 12:06

Özünüməşğulluğun təmin edilməsi ilə bağlı iclas keçirildi

Messi qolu qırıldığı üçün
21.10.2018, 11:53

Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib
21.10.2018, 11:12

Zaqatalada bir ailənin 7 üzvü qidadan zəhərlənib

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR
21.10.2018, 10:44

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar - OĞLANLAR DAHA ÇOXDUR

Daha bir dəb içimizdə dolaşır
21.10.2018, 10:33

Daha bir dəb içimizdə dolaşır

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO
21.10.2018, 10:19

Deputat aqrar işçilərlə görüşə getdi - FOTO

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB
21.10.2018, 10:17

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub - YENİLƏNİB

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib
21.10.2018, 10:09

Nazirlik: Sürüşmə zonasında çatlarda genişlənmə müşahidə edilib

Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib
20.10.2018, 19:00

Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçirilib

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

ARXİV