24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Bakıda polisə hücumlar niyə artıb?
Bakıda polisə hücumlar niyə artıb?
19.10.2017, 12:24

Hər gün kütləvi informasiya vasitələrində müxtəlif səpkili cinayətlərin baş verdiyinə dair xəbərlərə rast gəlirik. Onların içərisində heç də alışmadığımız xəbərlər polis əməkdaşlarına qarşı cinayətlərin törədilməsi ilə bağlıdır.
Belə faktlardan biri oktyabrın 14-də Bakının Nizami rayonunda qeydə alınıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu "Toyota Prado" markalı avtomobili izləyib.

Qara Qarayev prospekti, "Ruslan 93" idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə "Toyota"ya yaxınlaşıb. Avtomobildə olan 3 şübhəli şəxsdən biri "Vinçestr" markalı odlu silahdan polislərə atəş açıb. Bu zaman polislə şübhəli şəxslər arasında atışma olub. Nəticədə onlar polisdən qaça biliblər. O.Axundzadə yaralanaraq M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuş - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlunun olması müəyyən edilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Şəmsəddin Əliyev deyib ki, hər bir faktı dəqiqliyilə izləyir:

“Polisin qanuni tələbinə tabe olmayan şəxslərin keçmişinə baxın. Onların əksəriyyəti qəsdən törədilən cinayətlərə görə əvvəllər də məhkum olunmuş şəxslərdir. Əksəriyyəti öz hərəkətlərini, davranışlarını qəlibə sala bilməyənlərdir. Həmin insanlar cəmiyyət üçün kifayət qədər zərərli subyektlərdir. Onlar öz hərəkətlərini ölçüb-biçə bilmir, qanunun tələblərinə riayət etmir, azad vətəndaş cəmiyyətinin nə olduğunu anlamır. Məhz bu tip insanlar istər sadə vətəndaşa, istərsə də hakimiyyət nümayəndələrinin qanuni tələblərinə qarşı çıxırlar.

Bunların qəsdən törədilən əməllərə meylləri həddən artıqdır. Onlar polisin kim olduğunu yaxşı anlayır, amma ona qarşı həqarət, cinayət yolunu tuturlar. Bu insanlar sağlam düşüncəli deyil. Mən onları cəmiyyətin səfil uşaqları adlandırıram. Bu tip insanlara azadlıq yaramır ki, başlarını aşağı salıb çörək qazansınlar.

Tutaq ki, hüquq-mühafizə orqanın əməkdaşı hansısa regionda dislokasiya üzrə təhlükəsizliklə bağlı xidməti vəzifəsini həyata keçirir, vətəndaşa özünü təqdim edir. Vətəndaşdan təhlükəsizliklə bağlı qaydalara riayət edilməsi tələb olunur, o isə dərhal qanunsuz əmələ əl atır. Təbii ki, təəssüf doğuran məqamdır”.

 

Ş.Əliyev qeyd edib ki, bəzi şəxslər cəzaçəkmə müəssisələrində də islah olunmurlar:

“Cəza dövlətin adından hakim tərəfindən ayaq üstə elan olunur. Bu hökmü oxumaqda birinci məqsəd sosial ədalətin bərpa olunmasıdır. Yəni cinayətkarın özü də, ətrafı da başa düşsün ki, doğurdan da kəsilən cəza ədalətin təcəssümü kimi tətbiq olunub. İkinci məqsəd şəxsin pis əməllərdən çəkindirilməsi, islah olunmasıdır. Üçüncü məqsəd baş verə biləcək cinayətlərin qarşısının alınmasına yönəldilib. Faktiki olaraq, görünən odur ki, şəxslərə verilən cəza ya səmərəsizdir, ya da şəxslər islah olunmağa meylli deyillər. Bu səbəbdən də cəza çəkməkdən çəkinmirlər. Cəzanın humanistləşdirilməsi bu cür şəxslərə qarşı tətbiq olunmamalıdır. İnsanın əsas islahı ailədən başlayır. Əgər yaxınları onu düzgün yola gətirə bilmirsə, cəzaçəkmə müəssisəsində də islah olunmurlarsa, deməli onlar öz həyatlarını həbsxana divarları arasında keçirmək istəyirlər”.

 

 

 

 

 

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

ARXİV