Modern.az

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

19 Oktyabr 2017, 13:16

Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş yığıncaqda hesabat dövründə ölkədə və Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilmişdir.

 
Modern.az-ın məlumatına görə, məruzə ərtafında çıxışlar zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəzi kütləvi informasıya vasitələrində Azərbaycandakı korrupsiya halları ilə bağlı gedən yazılara cavab olaraq bildirib ki, Beynəlxalq Valyuta Fondunun rəsmi açıqlamalarına görə hər il dünya iqtisadiyyatı korrupsiya halları ilə bağlı 2 trilyon dollardan çox vəsait itirir və bu rəqəmin tərkibində Azərbaycan və onun iqtisadiyyatının həcmini çox çətin ki, görmək olsun.


“Bu məbləğdə vəsait itkisinə qadir olan dövlətləri sadalamağa isə ehtiyac yoxdur.

Azərbaycana gəldikdə isə aparılan islahatlar, görülən işlər, o cümlədən “Asan xidmət”in yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın atrması, gömrük sistemindəki islahatlar ölkədə neqativ halların ciddi surətdə zəifləməsi ilə nəticələnib”.


Eldar Əzizov bildiribki, “ölkədə cəmiyyət təmizlənir, iqtisadiyyat inkişaf edir, ciddi islahatlar gedir”.   

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir