Modern.az

AFFA-nın I vitse-prezidenti: “Hakim “Atletiko”nun qapısına 11 metrlik cərimə verməli idi”

AFFA-nın I vitse-prezidenti: “Hakim “Atletiko”nun qapısına 11 metrlik cərimə verməli idi”

19 Oktyabr 2017, 14:07

““Qarabağ” Futbol  Klubu növbəti ilkə imza atdı. Avropanın elecə də dünyanın  ən güclü  futbol kulublarından biri sayılan  Madridin “Atiletiko” komandası ilə  oyunda  “Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı”.

 

Bunu Modern.az-a açıqlamasında AFFA-nın I vitse-prezidenti, deputat Rauf Əliyev deyib.

 

Onun sözlərinə görə, Çempionlar  Liqasına  çıxması ilə artıq Azərbaycanın futbol  tarixinin ən uğurlu nəticəsini əldə edən  “Qarabağ” eyni zamanda böyük siyasi uğur da qazandı.

 

“Artıq  “Qarabağ” bütün dünyaya Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu  yüz milyonlarla tamaşaçı qarşısında nümayiş etdirir. Bu ermənilərin Azərbaycana qarşı apardıqları çirkin təbliğat kampaniyasına tutarlı cavabdır.

 

Oyunu idarə edən hakimin  “Atiletiko” nun qapısına  11 metrlik cərimə zərbəsi təyin etməməsi, üstəlik “Qarabağın” aparıcı hücumçusunun meydandan çıxarılması da futbolçularımızı ruhdan salmadı, onlar  azlıqda qalmalarına baxmayaraq sona kimi əzmkar mübarizə apardılar.

 

“Qarabağ” bu oyunu ilə göstərdi ki, komanda düzgün yoldadır və onlar oyundan-oyuna  öz oyunlarını təkminləşdirirərək Azərbaycan futbolunu dünyaya nümayiş etdirirlər. Bu uğurlar cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinə o cümlədən futbolun inkişafına göstərilən diqqət  və qayğının nəticəsində əldə olub.

Komandanın rəhbərliyini, məşqçi heyyətini, bütün üzvülərini keçirdikləri yüksək səviyyəli, əzmkar oyun münasibəti ilə təbrik edir, onlara növbəti oyunlarda uğurlar arzu edirəm”-deyə R. Əliyev bildirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?