Modern.az

Azərbaycanda internet klublara gedənlərin sayı azaldı

Azərbaycanda internet klublara gedənlərin sayı azaldı

19 Oktyabr 2017, 15:10

Azərbaycanda internetdən klublarda istifadə edənlərin sayı azalıb.

 

Trend-in məlumatına görə, 2011-ci ildə internetə qoşulanların 10,1 faizi şəbəkədən internet klublarda istifadə etdiyi halda, son 3 ildə bu rəqəm azalaraq, 2014-cü ildə 3,7, 2015-ci ildə 3,5, 2016-cı ildə isə 3,6 faizə enib.

 

Evdə (mənzildə) internetdən istifadə edənlərin sayı isə getdikcə artır. 2011-ci ildə istifadəçilərin 44,7 faizi evində internetə qoşulurdusa, 2014-cü ildə bu göstərici 65,2-ə, 2015-ci ildə 67,5-ə, 2016-cı ildə 68-ə yüksəlib.

 

Bütün illər üzrə internetdən istifadə edənlər daha çox yaşı 24-dək olan şəxslər olub.

Ötən il internetdən istfadə edənlərin 42,5 faizini yaşı 24-dək olanlar, 25 faizini 25-34 yaşlılar, 32,4 faizini 35-64 yaşlılar, 0,1 faizini yaşı 64-dən çox olanlar təşkil edib.

 

İnternet istifadəçilərinin tərkibində ümumi orta təhsil almışların faizi artıb. 2011-ci ildə internet istifadəçilərinin 44,4 faizi internetdən istifadə etdiyi halda, 2014-cü ildə bu göstərici yüksələrək 59,6 faizə, 2015-ci ildə 61,2 faizə, 2016-cı ildə 61, 4 faizə çatıb.

 

Ötən ilin məlumatına əsasən, ümumilikdə Azərbaycanda əhalinin 78 faizi internetdən istifadə edir. Ölkədə qadınların 76,1-i, kişilərin 79,9 faizi internet istifadəçisidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir