25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Azərbavcanda özünəxidmətə keçid meyarı tətbiq edilir - MÜSAHİBƏ
Azərbavcanda özünəxidmətə keçid meyarı tətbiq edilir - MÜSAHİBƏ
19.10.2017, 16:31

Statistikaya əsasən, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. İnternet bu gün təkcə əlaqə və ünsiyyət vasitəsi kimi deyil, həm də mallar, xidmətlər təqdim olunan platforma kimi çıxış edir. Dövlət qurumları, özəl şirkətlər öz xidmətlərini daha çox elektron formada təqdim etməyə üstünlük verirlər. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən özünəxidmətə keçid meyarının tətbiqinə başlayıb. Departamentin Xidmətin təşkili idarəsinin direktoru, baş vergi xidməti müşaviri Azər Şirinovla müsahibədə bu sahədə görülən işlər nəzərdən keçirilir. Modern.az həmin müsahibəni təqdim edir.

- Azər müəllim, məsafədən rabitə kanalları (internet portalı, elektron terminal, elektron köşk və s.) vasitəsilə elektron xidmətlərin göstərilməsi istiqamətində Vergilər Nazirliyinin hansı xidmətləri və yeni layihələri var?

- Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində böyük işlər görülmüşdür. Vergilər Nazirliyi tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan xidmət kanalları yaradılmış, yeni layihələr tətbiq edilməklə elektron xidmətlər genişləndirilmişdir. Hazırkı şəraitdə vergi orqanları ilə vergi ödəyiciləri arasında mükəmməl elektron əlaqələrin qurulmasında, bu xidmətlərin genişləndirilməsində yeni mərhələnin əsası qoyulmuşdur. Bu gün Vergilər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən çox elektron xidmət göstərən dövlət orqanı kimi fəaliyyət göstərir.

Nazirliyin vergi ödəyicilərinə xidmət strukturlarının əsas vəzifələri tətbiq edilən elektron xidmətlər barədə vergi ödəyicilərinin məlumatlandırılması, maarifləndirilməsi, elektron xidmətlərin təşviqi, bu xidmətlərdən istifadəyə kömək göstərilməsidir. Vergilər Nazirliyinin rəsmi internet səhifəsində ayrıca «Elektron xidmətlər» bölməsi yaradılmış, nazirliyin göstərdiyi bütün elektron xidmətlər, onların inzibati reqlamentləri, istifadə təlimatları, o cümlədən videotəlimatlar burada yerləşdirilmişdir.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edən şəxslərə elektron xidmətlərdən istifadə qaydası əyani şəkildə izah olunur, həmin mərkəzlər vasitəsilə elektron xidmətlərdən təkrar istifadə edən vergi ödəyiciləri ilə xüsusi təlimlər təşkil olunur. Xidmət mərkəzlərinin hamısında vergi ödəyicilərinin sərbəst istifadə edə biləcəyi, internetə çıxışı olan özünəxidmət kompüterləri quraşdırılmışdır.

- Özünəxidmətə keçid necə reallaşdırılır?

- Elektron xidmətlərimizdən sərbəst istifadənin təşviq edilməsi məqsədilə Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən özünəxidmətə keçid meyarı tətbiq olunur. Xidmət mərkəzlərində elektron xidmətlərdən istifadə etmiş vergi ödəyicilərinin sonrakı dövrdə xidmət mərkəzlərinə gəlmədən elektron xidmətlərdən sərbəst istifadə səviyyəsini əks etdirən bu meyar üzrə ilkin olaraq 2017-ci ilin ikinci rübü üçün hədəf 30% səviyyəsində müəyyən edilmişdir və növbəti dövrlərdə bu faiz göstəricisinin artırılması nəzərdə tutulur.

- Departamentin Xidmətin təşkili idarəsi tərəfindən aparılan təhlil zamanı 2017-ci ilin 9 ayı ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, göstərilmiş xidmətlərin sayının isə 5,5% artmasına baxmayaraq, son iki ayda (avqust, sentyabr) bu dinamikada azalma müşahidə olunmuşdur. Bunun səbəbini necə izah edərdiniz?

- Son aylarda xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinin sayının azalmasının səbəbləri araşdırılarkən belə qənaət yaranmışdır ki, buna daha çox aşağıdakı amillər təsir edir:

· Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergi ödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi;

· Elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş elektron imza (ASAN imza) alanların sayının artması (cari ilin 9 ayı ərzində verilmiş ASAN imza sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110.651 olmuşdur. 2013-cü ildən indiyədək 366.187 ASAN imza sertifikatı verilmişdir. Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8352 hüquqi şəxsin 5785-i və ya 69,3% -i, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınmışdır);

· Departamentimizin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internat saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırması və onları özünəxidmətə cəlb etməsi.

- Özünəxidmətə keçidin etimadı doğrultması və uğur qazanması üçün hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

- Departamentimiz gələcəkdə də vergi ödəyiciləri tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, bu sahədə özünəxidmətə keçidin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir. Bir faktı qeyd edək ki, təhlil zamanı cari ilin avqust ayında elektron xidmətlərdən istifadə üçün xidmət mərkəzlərinə müraciət etmiş fiziki şəxslərin 66,8%-nin 18-44 yaş arasında olduğu müəyyən edilmişdir. Həmin şəxslərin elektron xidmətlərdən istifadənin daha tez mənimsənilməsi imkanlarının olduğunu nəzərə alaraq, xidmət strukturları tərəfindən özünəxidmətə keçidin genişləndirilməsi məqsədlə maarifləndirmə tədbirlərinin, əlavə təlimlərin təşkili nəzərdə tutulmuşdur.

Məqsədimiz vergi ödəyicilərinin istək və tələblərinə uyğun xidmətlərin nazirliyin müvafiq informasiya mənbələrindən, o cümlədən rəsmi internet saytından, İnternet vergi idarəsindən və Çağrı Mərkəzindən əldə etmələrinə nail olmaqdır. Bütün bunlar xidmətlərin şəffaflıq şəraitində əlçatanlığına, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının inzibatı xərclərinin azalmasına, vaxtdan daha səmərəli istifadə edilməsinə şərait yaradır.

Gülşən


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı
25.09.2018, 11:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
25.09.2018, 11:30

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25.09.2018, 11:23

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI   
25.09.2018, 11:20

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI  

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü
25.09.2018, 11:15

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı
25.09.2018, 11:12

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib
25.09.2018, 11:12

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"
25.09.2018, 11:09

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək
25.09.2018, 11:07

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür
25.09.2018, 11:06

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

Göyçayın xurma bağları xəstəliyə yoluxub
25.09.2018, 11:03

Göyçayın xurma bağları xəstəliyə yoluxub

Onlara da diplomatik pasport veriləcək
25.09.2018, 11:01

Onlara da diplomatik pasport veriləcək

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi
25.09.2018, 10:59

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq
25.09.2018, 10:56

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi
25.09.2018, 10:54

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb
25.09.2018, 10:53

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək
25.09.2018, 10:46

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ   
25.09.2018, 10:45

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ  

Bu cərimələr artırılır – 10 min manat....
25.09.2018, 10:44

Bu cərimələr artırılır – 10 min manat....

Koçaryan Paşinyanı məhkəməyə verdi
25.09.2018, 10:40

Koçaryan Paşinyanı məhkəməyə verdi

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
25.09.2018, 10:38

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək
25.09.2018, 10:36

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”   
25.09.2018, 10:36

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”  

Məmur olmaq istəyənlər sınağa çəkiləcək
25.09.2018, 10:30

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir
25.09.2018, 10:24

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib
25.09.2018, 10:19

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib

ATƏT sərhəddə monitorinq keçirəcək
25.09.2018, 10:13

ATƏT sərhəddə monitorinq keçirəcək

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb
25.09.2018, 10:09

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR
25.09.2018, 10:07

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR
25.09.2018, 10:04

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR

UNEC-də imtahan prosesi təkmilləşdirilir
25.09.2018, 09:59

UNEC-də imtahan prosesi təkmilləşdirilir

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 
25.09.2018, 09:56

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

Cəbhədə şiddətli atışma oldu
25.09.2018, 09:50

Cəbhədə şiddətli atışma oldu

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”
25.09.2018, 09:44

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25.09.2018, 09:42

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR
25.09.2018, 09:17

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  
25.09.2018, 09:12

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər   
25.09.2018, 09:00

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər  

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR
25.09.2018, 08:22

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
25.09.2018, 07:58

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı
25.09.2018, 00:47

Məhkəmə prezidenti vəzifəsindən uzaqlaşdırdı

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı
25.09.2018, 00:30

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO     
25.09.2018, 00:20

Azərbaycandakı oxşarlar... - Onlar sizi də çaşdıra bilərlər? - FOTO    

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi
25.09.2018, 00:16

GUAM məkanındakı münaqişələrin həlli müzakirə edildi

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO
24.09.2018, 23:57

Azərbaycanlı pəhləvanlar Rusiyanı heyran qoydular - VİDEO

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO
24.09.2018, 23:42

FIFA 2018-ci ilin ən yaxşılarını müəyyənləşdirdi - VİDEO

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir
24.09.2018, 23:24

“Paşinyanın bəyanatları vəziyyəti gərginləşdirmək niyyəti daşıyır” - Nazir

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO
24.09.2018, 23:08

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi
24.09.2018, 22:51

Neftçalada ana və azyaşlı oğlu qidadan zəhərləndi

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı
24.09.2018, 22:30

İran prezidenti ABŞ-la bağlı şərtləri açıqladı

ARXİV