Modern.az

Qarabağ məsələsi prezidentləri bu həftə görüşdürəcək

Qarabağ məsələsi prezidentləri bu həftə görüşdürəcək

18 Noyabr 2009, 19:24

Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyanla İlham Əliyevin görüşü bu həftənin sonunda baş tuta bilər. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan noyabrın 18-də ölkə parlamentində çıxış edərkən məlumat verib.
Nalbandyan deyib ki, hər iki dövlət başçısı Almaniyanın Münhen şəhərində bir araya gələcəklər. Nazir bu barədə məlumat səsləndirərkən ATƏT-in Minsk qrupu həmsədrlərinin noyabrın 18-də Parisdə verdikləri birgə bəyanata əsaslanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov “Media forum”a açıqlamasında Serj Sərkisyanla İlham Əliyevin növbəti görüşünün yeri və vaxtı haqda məlumatsız olduğunu deyib.
Xatırladaq ki, prezidentlər indiyədək bir neçə dəfə görüşsələr də, ortaq məxrəcə gələ bilməyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?