Modern.az

ADU-da yay imtahanları və şikayətlər...

ADU-da yay imtahanları və şikayətlər...

10 İyun 2011, 13:29


Azərbaycan Dillər Universitetində (ADU) rektor Səməd Seyidovun 14 may 2011-ci il 46 saylı əmrinə əsasən iyunun 1-dən yay imtahan sessiyası başlayıb. Yay imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər)  əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır. Qiyabi şöbədə sessiya müddəti isə 1 iyun 2011-ci ildən 30 iyun 2011-ci ilədək müəyyən edilib. Bu barədə Modern.az-a ADU-nun İctimaiyyərlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Onun sözləırinə görə, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılb. Tədris şöbəsinin müdiri Lyudmila Muradovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-6482 saylı şəhər və 146, 264 saylı daxili telefonları, eləcə də  [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılıb.  

“Onu da bildirək ki, Alman dili və 2 saylı İngilis dili fakültələrində imtahanlar iyunun 1-də, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsində iyunun 2-də, 1 saylı İngilis dili, Tərcümə, Filologiya və Fransız dili fakültələrində iyunun 3-də başlayıb”.  

İyunun 10-da Operativ Qərargahın üzvləri bütün fakültələrdə qutulara baxış keçiriblər. Həmin qutular imtahan zamanı baş verən hər hansı məsələni yazılı şəkildə bildirmək üçün hər bir dekanlığın qarşısına yerləşdirilib. Tələbələr imtahanın təşkili və keçirilməsi ilə bağlı fikirlərini və yaxud iradlarını yazılı şəkildə qutuya ata bilərlər.

Qeyd edək ki, qutulara növbəti baxış 10 gündən sonra olacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir