Modern.az

“Sanitar-Gigiyena Laboratoriyası”ndan müəssisə və təşkilatlara təklif var

“Sanitar-Gigiyena Laboratoriyası”ndan müəssisə və təşkilatlara təklif var

Qarabağ

10 İyun 2011, 13:37

Regionun aparıcı və novator təşkilatı olan GRBS® -də 5 ilə yaxındır ki, “Sanitar-Gigiyena Laboratoriyası” fəaliyyət göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş (Attestat №AZ 031.01.10.0219.07) laboratoriya müasir avadanlıqlarla təchiz edilib. “Sanitar-Gigiyena Laboratoriyası” iş yerlərinin attestasiyasını, həmçinin işçilər üçün ixtisaslaşmış təlim və konsultasiyalar həyata keçirir.

Bu barədə məlumat verən  GRBS® -in “Sanitar Gigiyena Laboratoriyası”nın rəhbəri Zərifə Hüseynova bildirdi ki, GRBS®-in  “Sanitar-Gigiyena Laboratoriyası” nəqliyyat, neftçıxarma, neft emalı və sairə sahələrdə respublikamızda  fəaliyyət göstərən ən iri təşkilatlarda (“Azərneftyağ”  Neft Emalı zavodu,  “Ekol Mühəndislik Xidmətləri” QSC,  “Smith International Inc.” Şirkətinin Azərbaycan Nümayəndəliyi, “Azərcell” Telkom Birgə Müəssisəsi, “Bakı Metropoliteni İdarəsi”, “SOKAR” AQŞ,  “Qobustan  Əməliyyat Şirkəti”, “NESTLE PRODUCTS EKSPORT CORPORATİON” Şirkətinin nümayəndəliyi, “Pols-Royse İpeopl” Şirkətinin Bakı filialı,  “Azərkörpü” ASC, “Azəri” Fərdi Coxprofilli Firması ,  “AVM” Şirkəti və s. iri müəssisələrin attestasiyası həyata keçirilib.  Qarşıda isə  “Azinşaat” şirkəti, “Baltika-Baku MMC”,  “Şirvan” OYL (ikinci dəfə), “AZFEN” B.M müəssisələri attestasiya olunacaq”)  iş yerlərinin sanitar norma və qaydalara uyğunluğu, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində uğurlu attestasiyalar həyata keçirir:  “Ölkə Konstitusiyası və Əmək Məcəlləsinə görə hər bir Azərbaycan vətəndaşı sağlam iş şəraitində işləməlidir. Bunun üçün iş yerlərində sağlam və təhlükəsiz iş şərait yaradılmalıdır. Nazirlər Kabinetinin 6 mart 2000-ci ildə qəbul etdiyi 38 saylı Qərara əsasən, iş yerlərində təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün 5 ildən gec olmayaraq iş yerləri attestasiya olunmalı, attestasiya materialları isə 45 il müddətində saxlanmalıdır. GRBS®-in “Sanitar-Gigiyenik Laboratoriyası” da öz işini bu qanuna uyğun qurub və qanunun tələblərinə cavab verən bütün texniki vasitələr və normativ baza ilə təchiz olunub”.

Z.Hüseynova bildirdi ki, Əmək Məcəlləsinin 222 bəndinə uyğun olaraq işə götürən işçini attestasiya edib işə götürürsə, onu attestasiya olunmuş iş yeri ilə təmin etməlidir: “İş sahələrində təsadüf edilən kimyəvi, fiziki, bioloji və psixofizioloji faktorlar sanitar norma və qaydalara uyğun olmalıdır. Əkər işçinin əməyi sanitar norma və qaydaların tələblərinə uyğun olmayan iş yerlərində istismar olunursa bu onun sağlamlığına mənfi təsir göstərə bilər və buna görə müəssisə məsuliyyət daşıyır. İş prosesində işçi  peşə xəstəliyinə tutulduqda  isə  işə götürən tərəfindən ona müavinət ödənməlidir”.

Z. Hüseynova  GRBS®-in “Sanitar-Gigiyenik Laboratoriyası”nın müasir tələblərə cavab verən avadanlıqlarla təmin edildiyini də dedi:  “Laboratoriyada attestasiya aparmaq  üçün müasir tələblərə cavab verən bütün zəruri avadanlıq və cihazlar var. Attestasiya zamanı müəssisələrdə ölçmələr aparılır  yekunda  attestasiya və sanitar-texniki pasport təqdim olunur. Həmçinin  müəssisələrə  orqanizmə zərərlı təsir göstərən peşə faktorları və bu faktorlardan qorunma yolları,  onların aradan qaldırılma üsulları ilə təlimatlandırılırlar. Attestasiya zamanı mövcud iş şəraiti zamanı fiziki, kimyəvi, psixofizioloji faktorlar təyin edilir və onların orqanizmə göstərdiyi təsir hesablanır. Əkər iş yerində olan fiziki və kimyəvi  faktorlar normalara uyğun deyilsə bu o deməkdir ki, həmin müəssisədə işçinin sağlamlığına zərər dəyir. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün GRBS® -in “Sanitar-Gigiyenik Laboratoriyası” bütün müəssisələrə yüksək səviyyəli xidmətlər təklif edir”.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir