Modern.az

Azərbaycan Ukraynaya kənd təsərrüfatı məhsulları ixrac edəcək

Azərbaycan Ukraynaya kənd təsərrüfatı məhsulları ixrac edəcək

19 Oktyabr 2017, 21:50

"Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr uğurla davam edir, ticarət əlaqələri genişlənir. Azərbaycanın bir sıra kənd təsərrüfatı məhsulları – fındıq, tütün, meyvə-tərəvəz, pambıq lifi, çay Ukraynaya ixrac oluna, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq həyata keçirilə bilər". İqtisadiyyat Nazirliyindən Modern.az-a verilən məlumata görə, bunu Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə nazir Şahin Mustafayev bildirib.

Sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi zamanı qida sənayesi, gəmiqayırma, əczaçılıq, kimya, maşınqayırma, tikinti materialların istehsalı sahələrində əməkdaşlıq, Ukrayna şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirakı imkanları diqqətə çatdırılıb.

İqtisadiyyat naziri Azərbaycanda əczaçılıq sənayesinin yaradılması sahəsində görülən işləri, o cümlədən ixtisaslaşmış Pirallahı Sənaye Parkını, kimya sahəsində ölkəmizin zəngin təcrübəsini, Ukrayna ilə bu sahələrdə əməkdaşlıq imkanlarını vurğulayıb.

Qeyd edilib ki, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaq Ukraynada Azərbaycanın Ticarət Evinin açılması istiqamətində işlər davam etdirilir.

Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından istifadə edə, limanlar arasında qarşılıqlı əməkdaşlıq həyata keçirilə bilər.

 

S.Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin genişləndiyini qeyd edib, energetika, maşınqayırma, kimya, əczaçılıq və s. sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Stepan Kubiv ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının və işçi qruplarının fəaliyyətini qeyd edib, birgə sərgilərin və yarmarkaların təşkilinin əhəmiyyətini vurğulayıb.

 

Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə edildiyi görüşdə Ukrayna nümayəndə heyətinin tərkibində təmsil olunan energetika, metallurgiya, kimya sənayesi, əczaçılıq, poliqrafiya və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri fəaliyyət sahələri barədə məlumat verib, əməkdaşlığa dair təkliflər səsləndiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı