Modern.az

Kiyevdə etirazçılar tələblərini prezidentə təqdim edib - Yenilənib

Kiyevdə etirazçılar tələblərini prezidentə təqdim edib - Yenilənib

19 Oktyabr 2017, 23:57

Kiyevdə Ali Radanın qarşısındakı aksiya iştirakçılarının müşayiət etdiyi bir qrup deputat  prezident administrasiyasının komendantı vasitəsilə tələblərini ölkə başçısı Pyotr Poroşenkoya təqdim edib.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, tələb bir qrup deputatın Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında hazırladığı qanun layihəsinin qanunvericiliyə uyğun olaraq prezidentin öz adından Radaya təqdim edilməsini nəzərdə tutur. Bundan sonra piket  iştirakçıları etirazçıların Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyinə dönüblər.

 

22:49

 

Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları prezident administrasiyası binasının qarşısına toplaşıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanıb. Onlar Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Aksiya iştirakçıları qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir