Modern.az

Milli Məclis əcnəbiləri Azərbaycana dəvət edən şəxslərin üzərinə məsuliyyət qoydu

Milli Məclis əcnəbiləri Azərbaycana dəvət edən şəxslərin üzərinə məsuliyyət qoydu

Parlament

10 İyun 2011, 14:07

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Ölkədən getmək və ölkəyə gəlmək, pasportlar haqqında” qanuna dəyişklik edilib.

Sənəd haqqında deputatlara parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, bildirib ki, bundan sonra əcnəbiləri respublikamıza dəvət edən Azərbaycan vətəndaşları, idarə və təşkilatlar xaricdən gəlmiş həmin şəxsləırin yol verdikləri hüquq pozuntularına görə məsuliyyət daşıyacaqlar.
Viza müddəti bitdikdən sonra əcnəbilər ölkəmizi tərk etməsələr, onları Azərbaycana dəvət edən fiziki və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar, cərimələnəcəklər.


Modern.az



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!