Modern.az

Çexlər avroya keçilməsini istəmir

Çexlər avroya keçilməsini istəmir

20 Oktyabr 2017, 00:44

Çexlərin 88,4 faizi ölkədə ümumxalq səsverməsi (referendum) tətbiq edilməsini istəyirlər. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda bu cür səsvermə yalnız diyar və bələdiyyə səviyyəsində mümkündür, ümumdövlət referendumu isə konkret məsələ üzrə xüsusi qanun vasitəsilə elan olunur.

Məlumata görə, respondentlərin 85,2 faizi Çexiyanın avroya keçməsi məsələsinə mənfi münasibət bildirib. Sorğuda iştirak edənlərin 51,5 faizi vahid Avropa valyutasını qəti qəbul etmir. Rəyi soruşulan vətəndaşların 4,6 faizi Çexiyanın avroya keçidini dəstəkləyir, 14,8 faizi isə bu fikrə müsbət yanaşırlar.

Respondentlərin 48,8 faizi ölkəyə xarici işçi qüvvəsi cəlb edilməsi məsələsinə etiraz edib, sorğuda iştirak edənlərin 51,3 faizi isə buna razı olduqlarını bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir