Modern.az

Deputat: “Şəhərin mərkəzindəki marketlərdə satıcılar niyə rus dilində danışır?”

Deputat: “Şəhərin mərkəzindəki marketlərdə satıcılar niyə rus dilində danışır?”

10 İyun 2011, 14:12

Milli Məclisin bugünkü növbədənkənar iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Bakı şəhərinin mərkəzi yerlərində Azərbayacan dilinə hörmətsizlik faktları ilə bağlı danışıb və bu vəziyyətin düzəldilməsini tələb edib.
Modern.az parlamentdən xəbər verir ki, F.Ağamalı qeyd edib ki, Bakının Nizami, Xaqani, Cavadxan küçələrində olan mağaza və digər obyektlərdə müxtəlif əcnəbi dillərdə reklam lövhələri yerləşdirilib.
“Mən hesab edirəm ki, paytaxtın mərkəzində belə şeyə yol vermək olmaz. Bundan başqa Nizami, Xaqani küçələrində olan ticarət obyektləri və marketlərdə satıcılar yalnız rus dilində danışırlar. Bu dövlət dilinə hörmətsizlikdir”-deyə deputat qeyd edib.
F.Ağamalı Milli Məclisin rəhbərliyinə müraciət edərək dövlət dilinin işlədilməsi ilə bağlı lazımi tədbirlərin görülməsi üçün addımlar atmağa çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir