Modern.az

BANM  700 bal toplamış tələbələrin sayına görə liderdir

BANM  700 bal toplamış tələbələrin sayına görə liderdir

Aktual

20 Oktyabr 2017, 10:08

2017-ci il Bakı Ali Neft Məktəbi (BANM) bir çox göstəricilərə görə Respublika birincisi oldu. Onlardan biri də ali məktəblərə qəbul  imtahanlarından maximal  bal toplamış tələbələrin sayına görə liderlikdir. Belə ki, 700 bal toplamış bu ilki abituriyentlərin seçdikləri Ali Məktəblər üzrə statistikada BANM birinci yeri tutur. Həmin statistikaya əsasən Respublika üzrə 700 bal toplamış 15 nəfərin 7-nin seçimi BANM olmuşdur. Onlardan 5 nəfər “Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi”, iki nəfər isə “Kimya Mühəndisliyi” ixtisasını seçib. Həmin tələbələrin siyahısını sizə  təqdim edirk:

-       Əsədzadə Mahirə Məhəbbət qızı

-       Əliyeva Xalidə Vüqar qızı

-       Əhmədov Elmir Rövşən oğlu

-       Cəbrayılov Vahab Fuad oğlu

-       Əsgərzadə Abdulla Sahib oğlu

-       Məmmədova Jalə Müşviq qızı

-       Əliyev Qabil Elçin oğlu

             Respublikada müasir və dinamik inkişafı ilə seçilən BANM-in  rektoru Elmar Qasımov həmin gənclərlə görüş keçirərərk onların nəinki BANM-in, həmçinin bütün Azərbaycan xalqının fəxri hesab etdiyini vurğuladı, tələbələrlə yaxından tanış oldu və onların gələcək planlarını böyük maraqla dinlədi. Görüş zamanı Ali məktəbin rektoru tələbələrə öz tövsiyyələrini verərək onları daha yeni zirvələr fəth etməyə ruhlandırdı.

         Sonda xatirə şəkli çəkdirildi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı