Modern.az

Yerli “Emiland” bredinin geyimləri niyə od qiymətinədir? - Şirkət səbəbini AÇIQLADI

Yerli “Emiland” bredinin geyimləri niyə od qiymətinədir? - Şirkət səbəbini AÇIQLADI

20 Oktyabr 2017, 10:08

Azərbaycanda bir çox tanınmış geyim mağazaları var ki, daimi müştərilərinin olmasına baxmayaraq qiymətlər çox bahadır. Bu da maddi cəhətdən imkanları aşağı olan təbəqənin narazılığına səbəb olur.

 

Belə mağazalardan biri də “Made in Azerbaijan” məhsulu olan “Emiland” şirkətidir.

 

Şirkət keyfiyyətli məhsul istehsal etsə də, qiymətlər bütün müştərilərin cibinə münasib deyil.

 

Modern.az saytı şirkətlə əlaqə saxlayıb. “Emiland” şirkətindən saytımıza bildiriblər ki, qiymətlərin baha olmasının səbəbləri var.

 

“Azərbaycanda “Emiland” geyimlərinin xüsusi özəlliyi mövcuddur. Biz geyimlərdə istifadə etdiyimiz materialları xaricdən alırıq. Bizim təchizatçıların əsasən Fransa, İtaliya və digər Avropa ölkələrində tanınmış toxuculuq fabrikləri var”-deyə şirkətdən bildirilib.

 

Qeyd olunub ki, materialları xaricdən aldıqlarına görə geyimlər baha qiymətə alıcılara təqdim olunur.

 

“Emiland” geyim mağazalarında hər bir geyimin keyfiyyətinə xüsusi önəm verilir. Amma materialları xaricdən alsaq da, geyimlər Bakıda istehsal olunur.

 

“Made in Azerbaijan” məhsulu olaraq hər bir müştərinin geyimlərimizlə bağlı  narazı qaldığı məqamları araşdırırıq. 1991-ci ildən bu yana geyim sənayesində öz yerimizi qoruyub-saxlamağa davam edirik. Həm qadınlar, həm də kişilər üçün geyimlər istehsal edirik”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir