Modern.az

Parlament daha hakimlərə vəsiqə verməyəcək

Parlament daha hakimlərə vəsiqə verməyəcək

10 İyun 2011, 14:16

Modern.az saytının məlumatına görə, Milli Məclis bugünkü iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna da dəyişiklik edib.

Dəyişiklik barədə deputatlara parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, bildirib ki, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna edilən dəyişiklik nəticəsində bundan sonra hakimlərə hakimlik vəsiqəsini Milli Məclis verməyəcək. Ədalət təmsilçilərinə həmin sənəd Məhkəmə-Hüquq Şurası tərəfindən veriləcək.
Bununla bağlı Milli Məclisin indiyədək olan sənədləri qüvvədən düşmüş sayılacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI