Modern.az

Gələn ilin büdcə xərcələri – Müdafiə, təhsil, səhiyyəyə ayrılacaq vəsaitlər məlum oldu

Gələn ilin büdcə xərcələri – Müdafiə, təhsil, səhiyyəyə ayrılacaq vəsaitlər məlum oldu

İqtisadiyyat

20 Oktyabr 2017, 10:49

“2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində müdafiə xərclərinə 2 mlrd. 738.722 mln. manat vəsait nəzərdə tutulub.

Modern.az saytı xəbər verir ki. bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Büdcə layihəsində bir sıra sahələrə ayrılması nəzərdə tutulan vəaitləri təqdim edirik:

-Ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat);

- müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat;

- məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat;

- təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat;

- səhiyyə sahəsinə 740,661 mln. manat;

- sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat;

- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat;

- mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat;

- kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat;

sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. Manat;

- nəqliyyat və rabitə sahəsinə 166,791 mln. Manat;

- iqtisadi fəaliyyətə 245,511 mln. manat;

- əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı