22 iyul 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Leyla Əliyeva Musiqili Teatrda olub
Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub.

 

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, xüsusilə gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlanan L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. O, qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə xüsusi diqqətlə yanaşılır, onlara etimad göstərilir. Demək olar ki, teatrın cari repertuarındakı bütün tamaşalarda baş və əsas rollarda çıxış edən gənclər hər zaman onlara göstərilən bu etimadı doğrultmağa çalışırlar. Ə. Lalayev qeyd edib ki, “Balaca şahzadə” əsəri teatr tariximizdə Azərbaycan dilində hazırlanan ilk muzikl kimi yaddaşlarda qalacaq.

 

Tamaşanın məşq prosesindən razı qaldıqlarını söyləyən Leyla xanım Əliyeva və qonaqlar yaradıcı gənclərə qayğının vacib olduğunu diqqətə çatdırdılar.“Çox gözəl tamaşa alınacaq. Məşq olmasına baxmayaraq, aktyorların oyununa valeh oldum. Xüsusən gənclərin gözlərindəki yaradıcılıq eşqi məni heyran etdi. Mən sizin teatrda “O olmasın, bu olsun” tamaşasına baxmışdım. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, xüsusən kostyumlar valehedici idi. Hər dəfə bu tamaşanı xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, “Balaca şahzadə” tamaşası da uğurlu olacaq, bu, artıq indidən görünür. Musiqili Teatrın belə uğurlu işlərinə biz də sevinirik”, - deyə Leyla Əliyeva gənclərlə söhbətində bildirib, tamaşanın iştirakçıları ilə şəkil çəkdirib.

 

Görüşdə iştirak edən Mədəniyyət və Turizm naziri Əbulfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov gənclərə öz tövsiyyələrini bildirdilər, tamaşa haqqında təəssüratlarını bölüşdülər.

 

Qeyd edək ki, Beynəlxalq layihə kimi hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Amerika Birləşmiş Ştatlarını təmsil edən, bir sıra beynəlxalq müsabiqələrin laureatı, həmyerlimiz Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının plastika üzrə məşhur rejissoru, Dövlət mükafatı laureatı, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı gənc rəssam Məryəm Ələkbərli, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın səhnə qrafikası isə Mehdi Məmmədova məxsusdur. Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədov canlandırır. Səhnə əsərində digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Anton Ferştandt, Şövqi Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Emil Heydərov və Atəş Qarayev ifa edirlər.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yeniyetmə dərmandan zəhərlənib
22.07.2018, 00:58

Yeniyetmə dərmandan zəhərlənib

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi
22.07.2018, 00:33

Almaniya Türkiyəyə sanksiyaları ləğv etdi

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb
22.07.2018, 00:21

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

143 yaşlı Azərbaycan mətbuatı
22.07.2018, 00:01

143 yaşlı Azərbaycan mətbuatı

Bakıda dənizdə batan 4 nəfər xilas edildi
21.07.2018, 23:48

Bakıda dənizdə batan 4 nəfər xilas edildi

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib
21.07.2018, 23:32

İntizamlı əsgər 27 il komandirinin əmrini gözləyib

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB
21.07.2018, 23:16

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

İstidən 13 nəfər öldü
21.07.2018, 22:59

İstidən 13 nəfər öldü

Xaçmazda meşə yanğını söndürüldü
21.07.2018, 22:19

Xaçmazda meşə yanğını söndürüldü

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı
21.07.2018, 22:00

Su filtiri satan xanıma söz atılması ölümlə sonuclandı

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO
21.07.2018, 21:42

Sosial şəbəkələrdə avtoxilqanlıq təbliğ edilir - VİDEO

Lənkəranda avtomobil körpüdən aşıb
21.07.2018, 21:19

Lənkəranda avtomobil körpüdən aşıb

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir
21.07.2018, 21:08

“WhatsApp” mesajların yönləndirilməsinə məhdudiyyət tətbiq edir

Türkiyədə 8 terrorçu məhv edilib
21.07.2018, 20:54

Türkiyədə 8 terrorçu məhv edilib

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB
21.07.2018, 20:35

Sumqayıtda intihar edən abituriyentin anası özünü öldürdü: TƏFƏRRÜAT- YENİLƏNİB

İran daha bir şəhər ayağa qalxdı - Video
21.07.2018, 20:17

İran daha bir şəhər ayağa qalxdı - Video

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi
21.07.2018, 20:04

Acarıstanın yeni hökumət başçısı təsdiqləndi

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı
21.07.2018, 17:26

700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzalı olduğu üçün bağlandı

Bakıda daha bir piyada ÖLÜMÜ
21.07.2018, 17:05

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi
21.07.2018, 16:45

Bakı Şəhər Təhsil İdarəsi jurnalistləri təbrik etdi

İlham Əliyev misirli həmkarını təbrik etdi
21.07.2018, 16:12

İlham Əliyev misirli həmkarını təbrik etdi

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi
21.07.2018, 16:00

Zakir Həsənov xidməti müşavirə keçirdi - generallara tapşırıq verildi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi
21.07.2018, 15:33

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Azərbaycanın şəhid əsgəri dəfn olundu
21.07.2018, 15:18

Azərbaycanın şəhid əsgəri dəfn olundu

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır
21.07.2018, 15:14

Dağıstandakı yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi
21.07.2018, 15:11

Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  
21.07.2018, 15:05

“ASAN Radio” və İctimai TV-nin inzibati binalarına ekskursiya  

Merkel Azərbaycana gələcək
21.07.2018, 14:28

Merkel Azərbaycana gələcək

Ordumuz şəhid verdi
21.07.2018, 14:05

Ordumuz şəhid verdi

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”
21.07.2018, 14:03

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ
21.07.2018, 13:55

Sabahın havası –  çimərliklərlə bağlı XƏBƏRDARLIQ

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO
21.07.2018, 13:40

Gəncədə mütəşəkkil qrupun fəal üzvlərindən biri də məhv edildi - FOTO

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”
21.07.2018, 13:24

Mənsimovun müavini: “Sanksiyalara görə maaş verə bilmirik...”

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!
21.07.2018, 13:11

Riyaziyyat müəllimi olmaq istəyənlərin DİQQƏTİNƏ!

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi
21.07.2018, 13:03

65 mexanizatorun sürücülük vəsiqəsi dəyişdirildi

ARXİV