Modern.az

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

20 Oktyabr 2017, 11:21

Bakıda bələdiyyə işçisi narkotikə görə həbs edilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbə bələdiyyəsinin əməkdaşı, 38 yaşlı R.Q.ni üzərində narkotik vasitələr saxladığı üçün Suraxanı rayon Polis İdarəsinin əməkdaşları saxlayıb.

Araşdırma zamanı onun narkotik vasitə aludəçisi olduğu məlum olub. 

R.Q. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

R.Q.nın qayınatasının Suraxanı rayon İcra Hakimiyyətində yüksək vəzifə tutduğu bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?