Modern.az

Sumqayıtda polis oğrunu tutdu

Sumqayıtda polis oğrunu tutdu

Aktual

20 Oktyabr 2017, 12:51

Dünən saat 8.00 radələrində Sumqayıt şəhərinin 19-cu məhəllə ərazisindəki kafelərdən birinin qarşısından məişət əşyasını oğurlamağa cəhd göstərən şəxs yaxalanıb.

 

Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan oğru 4-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun şəhər sakini Elşən Mustafayev olduğu məlum olub.

 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyun-avqust ayları ərzində şəhər ərazisində 1 avtomobildən akkumulyator, 1 mağazadan tütün məmulatı və 2 qadının ciblərindən mobil telefonlarını oğurladığı da müəyyən edilib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür