Modern.az

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Aktual

20 Oktyabr 2017, 13:01

“Əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq. Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.

 

O  xatırladıb ki, vaxtı ilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib:

 

“Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir.

 

Biz şərq ölkəsiyik və qiyafəmiz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz Avropa yox, asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq”.

 

Milli Məclis sədri Oqtay Əsədov isə deputatın çıxışına cavab verərək deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı. "Söhbətin köküündə erməni diasporu və Azərbaycana qarşı qərəz durur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür