Modern.az

ABŞ generalı superdövlətin demontaj edəcəyi ölkələrin siyahısını açıqlayıb

ABŞ generalı superdövlətin demontaj edəcəyi ölkələrin siyahısını açıqlayıb

10 İyun 2011, 14:41

İnternet şəbəkəsində ABŞ generalı, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı Uesli Klarkın rezonans doğuran video-müsahibəsindən fraqment yayılıb. Modern.az bildirir ki,  2007-ci ildə telekanallardan birinə verdiyi müsahibədə general hələ o zaman üçün şok sayılacaq digər məsələlərə toxunub. 

Belə ki, Klark 2007-ci ildən sonrakı beş il ərzində hansı ölkələrə ABŞ müdaxiləsinin planlaşdırlıdığını açıqlayır. Klark müsahibəsində deyir ki, hələ 2003-cü ilin əvvəllərində İraq böhranın kəskin vaxtında Baş Ştabın generallarından biri ilə söhbəti zamanı İraqa hücumla bağlı nə qərara gəlindiyini soruşub.

“Bir neçə həftədən sonra mən ondan (Baş Ştabda qulluq edən yüksək rütbəli generaldan) soruşdum ki, “Ağ Evdə nə qərara gəldilər? İraqa hücum edirik, ya yox? General isə mənə dedi: “Tək İraq olsaydı nə vardı... Buyur, Müdafiə Nazirliyinin göndərdiyi gizli sənədlərə bax keyfin kökəlsin”. General mənə dedi ki, “qarşıdakı beş ildə biz 7 ölkəni demonatj eləməliyik: ilk olaraq İraqdan başlayacağıq. Daha sonra planda Suriya, Livan, Liviya, Somali və Sudandır. Planın sonuna görə demontaj İranda başa çatmalıdır”-deyə general 2007-ci ldəki müsahibəsində bildirir.  
Bu sözlərdən bir qədər təəccüblənən jurnalist generaldan “bağışlayın, bir də təkrar edə bilərisiniz?- deyə soruşur. Klark təkrar edir: İraq, Suriya, Livan, Liviya, Somali. Sudan və İran.

Qeyd edək ki, Uesli Klark hazırda ABŞ-ın istefada olan generalıdır. O ABŞ ordusunda 34 il xidmət edib. Klark NATO-nun Kosovoda olan quvvələrinin komandanı olub. 1997-2000-ci illərdə Avropa Ölkələrinin Birləşmiş Qərargahının rəhbəri olub.  Müdafiə naziri Uliyam Koenlə aralarında olan mübahisələrə görə istefa verib.

2004-cü ildə Demokrat Partiyasının üzvü kimi ABŞ-da prezident seçkilərinə namizəd olub. Amma o zamankı namizəd Con Kerrinin xeyirnə geri çəkilib.
“Müasir müharibədə necə qalib gəlmək olar” kitabının müəllifidir.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?