Modern.az

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

20 Oktyabr 2017, 14:08

Azərbaycanın 2018-ci il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi və sosial ipoteka kimi xərclərə 250 mln. manatın ayrılması nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət büdcəsi layihəsində qeyd edilib.

 

Bundan başqa, sənəddə deyilir ki, 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsinə 30 mln. manat, hərbi qulluqçuların kirayə xərclərinə 19,8 mln. manat ayrılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı