Modern.az

İspaniya mətbuatı “Qarabağ”ı erməni klubu kimi təqdim etdi, üzr istədi  

İspaniya mətbuatı “Qarabağ”ı erməni klubu kimi təqdim etdi, üzr istədi   

20 Oktyabr 2017, 14:35

İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo”ya məxsus //urbanian.mundodeportivo.com internet səhifəsində “Atletiko”nun futbolçusu Yannik Karrasko haqqında dərc edilmiş 19.10.2017-ci il tarixli məqalədə “Qarabağ” Futbol Klubu səhvliklə erməni klubu kimi təqdim olunub.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin müdaxiləsi nəticəsində buraxılan kobud səhvə görə redaksiya heyəti tərəfindən üzrxahlıq edilib, sözügedən məlumat dəyişdirilərək “Qarabağ”Futbol Klubunun Azərbaycana məxsus olması həqiqəti öz əksini tapıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?