Modern.az

Azərbaycanlı deputat Makedoniyada türk icmaları və KİV nümayəndələrilə görüşüb

Azərbaycanlı deputat Makedoniyada türk icmaları və KİV nümayəndələrilə görüşüb

10 İyun 2011, 14:58

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində Makedoniyanın paytaxtı Skopye (Üsküp), Manastr, Oxri, Resne, Tetova (Kalkandərə), Kumanova şəhər və bölgələrində yaşayan türk icmaları, onların yaratdıqları qeyri-hökumət təşkilatları və KİV nümayəndələri ilə görüşüb.

Görüş və fikir mübadiləsi zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla bağlı ətraflı məlumatlar verib. Millət vəkili onlara həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinə rəsmi İrəvanın məhəl qoymaması barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili onları Azərbaycana dəvət edib.

Makedoniyanın paytaxtı Skopyedə (Üsküpdə) fəaliyyət göstərən və ölkənin bir sıra bölgələrində nümayəndəlikləri olan “Ufuk” qeyri-hökumət təşkilatının rəhbəri Enes İbrahim bildirib ki, təşkilatlarının fəaliyyətində və qurumun nəşri olan “Ufuk” dərgisində Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dinc Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlar barədə məlumatlar daima öz əksini tapır və bundan sonra bu istiqamətdə səylərini daha da artıracaqlar.  

Bütün şəhər və bölgələrdə keçirilən görüşlərdə və fikir mübadiləsi zamanı Makedoniya türk icmasının üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycanı çox sevdiklərini, “Eurovision” mahnı yarışmasında Azərbaycanın qələbəsini bütün türklərin qələbəsi kimi dəyərləndirdiklərini, Nigar və Eldarın Azərbaycan və Türkiyə bayraqları ilə birgə səhnəyə çıxmalarını böyük sevinc və qürurla izlədiklərini, Azərbaycan həqiqətlərinin təbliği və erməni yalanlarının qarşısının alınması istiqamətində öz səylərini artıracaqlarını bəyan ediblər.

Böyük məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini deyən türk icmalarının, qeyri-hökumət təşkilatlarının və KİV-nin rəhbərləri Azərbaycanla Makedoniya, xüsusilə bu ölkədə yaşayan türk icması ilə əlaqələrin, əməkdaşlığın artmasının vacibliyini vurğulayıblar və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıblar.    

  

Mail A
ğaxanov 

            

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir