Modern.az

“Bu sahəyə investisiya yatırmaq istəyənlərə mesaj oldu”

“Bu sahəyə investisiya yatırmaq istəyənlərə mesaj oldu”

Aktual

20 Oktyabr 2017, 15:13

Oktyabrın 19-da “İnnovasiyaekosisteminin qurulması” adlı seminar bu gün də davam edir. Seminarın ilk günü  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının  Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri  iştirak ediblər.Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl  qurumların  birgə innovasiyaekosisteminin təşəkkülü  ilə bağlı  fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

Seminar oktyabrın 21-dək davam edəcək.

Modern.az saytı seminarda iştirak edən tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini təqdim edirik.

 

Təhsil eksperti Şahlar Əsgərov deyir ki, bu cür iqtisadiyyat başqa prinsiplərlə qurulmalıdır.

“Mən tədbirdə Azərbaycan ziyalılarının da bir çox qismini gördüm. Tədbir iki istiqamətdə gedirdi. Bir çox insanlar innovativ iqtisadiyyatdan daha çox danışdılar. Burada haqlıdırlar. Bizim iqtisadiyyatımız sənaye cəmiyyətinin iqtisadiyyatı olmamalıdır. Bu cür iqtisadiyyat da tamamilə başqa prinsiplərlə qurulmalıdır, innovativ olmalıdır. Bu innovativliksahələrarası elmlə də bağlıdır. Təhsil Nazirliyi bu işi diqqətdə saxlayır. Bu məqam təhsil naziri Mikayıl Cabbarovun çıxışında da qeyd olundu. Xarici müəlliflər “GlobalInnovationCatalyst” şirkətinin qurucusu və sədri KəmranElahian və Berkli Kaliforniya Universitetinin professoru QreqoriLaBlank çox maraqlı mövzulardan söhbət açdılar. Onlar innovativeko sistemin yaradılmasından çox danışdılar. Yəni, təkcə yeraltı sərvətləri istifadə etməklə yox, yerin üstündə beyin işlətməklə sərvət yaratmağı təbliğ etdilər.

Millət vəkili TahirMirkişilinin sözlərinə görə, “İnnovasiya ekosisteminin qurulması” seminarı çox önəmli tədbirdir.

“Çünki Azərbaycanda dərin iqtisadi islahatlar aparılır və islahatların əsas məqsədi yeni innovativ iqtisadi modelin qurulmasıdır. Təbii ki, innovativ iqtisadi modelin qurulması üçün də innovativekosistemin yaradılması mühüm əhəmiyyət kəsb edir. Ancaq bir şey bəllidir ki, innovativ ekosistemin yaradılmasının əsasında məhz universitetlər, təhsil modeli durur. Bu baxımdan da universitetlərin bu innovativ ekosistemin yaradılmasında aktiv rolu eyni zamanda elmin və təhsilin yeni metodlarının, yeni alətlərinin bu yöndə təsdiq olunması daha çox effektivdir. Seminarda çıxış edən natiqlərdəqeyd etdilər ki, universitetlərə investisiyaların cəlb olunması, iş adamları ilə layihələr həyata keçirilməsi üçün əməkdaşlıq edilməsi Azərbaycanda da innovativekosisteminyaradılmasında mühüm rol oynaya bilər”.

Təhsil İnstitutun direktor müavini Fərhad Əmirbəyov deyir ki, müxtəlif aspektlərdən danışmaq olar, amma mən iqtisadiyyata fokuslanmaq istəyirəm.

“Son zamanlar bilik iqtisadiyyatından, rəqəmsal iqtisadiyyatdan söz açılır. Bilik həmişə olub və hər zaman inkişafın tərəqqinin motoru olub. Əsas məsələ maarifləndirmə və təhsildir. Biz anlamalıyıq ki, bu tektonik dəyişikliklər təsirini təhsil sisteminə göstərir. Burada mən simbiozluq görürəm. Digər tərəfdən coğrafi baxımdan bizi əhatə edən ölkələr bu işdə lider deyil. Rəqəmsal texnologiyanı təşviq etmək üçün ixtisaslı kadrlar azdır. Bunu biz əvəz edə bilərik. Bu cür tədbirləri həyata keçirməklə ölkə və təhsil sistemi üçün, cəmiyyət üçün qısa müddətdə fayda gətirən müsbət nəticələr əldə  edə bilərik”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki,  Azərbaycanda artıq beşinci ildir ki, start up ekosistemin formalaşdırılması gedir.

“Trendlərlə, istiqamətlərlə bağlı faydalı bilgilər əldə etdik. Düşünürəm ki, biz bunları özümüzdə nəzərə alacağıq. Amma eyni zamanda xoşuma gələn məqamlardan biri  də  formatla bağlı idi. Azərbaycanda artıq beşinci ildir ki, start up ekosistemin formalaşdırılması gedir. Bu proses 2012-ci ildən başlayıb. Müxtəlif qurumlar tərəfindən universitet və digər yerlərdə müəyyən işlər aparılıb. Burada isə yeni format diqqəti cəlb edirdi. Həm universitetlər, həm nazirliklər, həm özəl sektor, həm AMEA bu tədbirdə iştirak edirdi.  Yəni Azərbaycanda start up layihələrin inkişafı üçün təhsilin iştirakı və cəmləşdirilməsi lazımdır. Tədbiri çox əhəmiyyətli hesab etdim. Digər bir məqamı deyə bilərəm ki, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva, birinci vitse prezindentin müavini kimi əhəmiyyətli insanların burada iştirakı ali hakimiyyətin verdiyi dəyər kimi qiymətləndirilməlidir. Həm də bu sahəyə investisiya yatırmaq istəyən insanlara bir mesajdır ki, onlar da aktiv iştirak edə bilərlər”.

Təhsil eksperti Etibar Əliyev də bu cür maraq kəsb edən və aktuallığı ilə seçilən tədbirlərin ali məktəblərin qarşısında yeni vəzifələr qoyduğunu deyib.

“Təhsil naziri Mikayıl Cabbarov haqlı olaraq bildirdi ki bu cür sinerjinin təşəkkülündə ali məktəblər platforma rolunu oynamalıdırlar. Ekosistem-özünü təşkilatlandıran, özünü tənzimləyən və inkişaf etdirən sistemdir. Bu xarakteristikalar ali təhsil ciddi islahatlar hesabına aktuallaşa biler. Təhsilin inkişafı üzrə dövlət strategiyasının icrası ölkədə insan kapitalının inkişafına xidmət edir. Düşünürəm ki bu cür mötəbər tədbirlər strategiyanın zamanında qəbul olunmasını təşviq edən tədbirlərdir”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir