Modern.az

AXC hökumətinin bir ildə büdcədən ayırdığı pullar - AXC-100

AXC hökumətinin bir ildə büdcədən ayırdığı pullar - AXC-100

Aktual

20 Oktyabr 2017, 15:27

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələri davam etdirir.

Bu dəfə təqdim etdiyimiz yazıda araşdırmaçı alim Zaur Əliyevə istinadla Azərbaycan Cümhuriyyətinin  Nazirlər Kabinetinin 1919-cu ildə Parlamentdə hesabatı və dövlət büdəcindən ayrılan pullar haqqında qısa məlumat verəcəyik:

 

Gəlirlər


Gəlir mənbəyi. Məbləğ (manatla)

I. Müstəqim vergilər:
Torpaq vergisi, mənzil kirayəsi, 115.000.000 gəlir vergisi; hərbi
mükəlləfiyyət vergisi, notarial vergilər

II. Qeyri-müstəqim vergilər: 120.000.000 Ağ neft, benzin, sürtgü yağları:kerosin; digər neft məhsullarından alınan vergi Gömrük haqqı: 100.000.000

III. Möhür haqqı, azad ticarətdən, yük daşınmalarından; tranzit
sərnişinlərindən və mallardan, malların sığortasından və s. alınan vergilər. 15.000.000


IV. Dövlət inhisarları. 7.000.000

V. Neft mədənlərinin istismarından, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan vergilər 228.000.000

VI. Dövlət dəmiryolunun xalis gəliri 50.000.00
Cəmi: 665.000.000


Xərclər


Xərclərin adı. Məbləğ (manatla)

Adi xərclər

1. Ali dövlət idarələri: Parlament 7.000.000
2. Daxili İşlər Nazirliyi 20.000.000
3. Xazinədarlıq 30.000.000
4. Ədliyyə Nazirliyi 13.000.000
5. Xarici İşlər Naziriyi 10.000.000
6. Təhsil Nazirliyi 45.000.000
7. Hərbi Nazirlik və Dəniz Donanması 60.000.000
8. Yerli hökumət 75.000.000
9. Əkinçilik və Dövlət Əmlakı Nazirliyi 45.000.000
10. Təchizat Nazirliyi 17.000.000
11. Əmək Nazirliyi 10.000.000
12. Poçt və Teleqraf Nazirliyi 15.000.000
13. Ticarət və Sənaye Nazirliyi 32.000.000
14. İctimai Təminat Nazirliyi 15.000.000
15. Dövlət nəzarəti 6.000.000
16. Gözlənilməz xərclər 15.000.000
Adixərclərin ümumi məbləği: 415.000.000


Fövqəladə xərclər


1. Şəhər və kəndlərin bərpası. Kənd təsərrüfatı üçün sair xərclər 130.000.000
2. Epidemiyalara qarşı mübarizə 10.000.000
3. Ordunun illik təchizatı 80.000.000
4. Təhsil üçün müvəqqəti xərclər 30.000.000

Fövqəladə xərclərin məbləği - 250.000.000

Smetanın ümumi məbləği - 665.000.000

 

Hazırladı: E.Nihad

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır