Modern.az

Ankarada Türkiyə-Makedoniya-Azərbaycan əlaqələri haqqında danışılıb  

Ankarada Türkiyə-Makedoniya-Azərbaycan əlaqələri haqqında danışılıb   

20 Oktyabr 2017, 16:27

Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Enes İbrahim Türkiyədə bir sıra şəxslərlə görüşlər keçirib. Bu barədə məlumatı Modern.az-a diaspor fəalı Elnur Eltürk verib.

“Millət vəkili Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qaraman, Baş nazirin müavini Hakan Cavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, TÜRKSOY-un baş katibi Dusein Kaseimovla görüşüb. Görüşdə Türkiyə-Makedoniya-Azərbaycan əlaqələrinin inkişafı və gələcək planları haqqında danışılıb. Qeyd edim ki,millət vəkili Enes İbrahim Balkanların fəal siyasətçilərindən sayılır. Bütün beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə edir”,-deyə Elnur Eltürk qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi