25 sentyabr 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU
Sükan arxasında söhbət edənlər cərimələnəcək? - YOL POLİSİ MƏSƏLƏYƏ NÖQTƏ QOYDU
20.10.2017, 17:28

Baş Dövlət Yol Polisi İdarəsi son günlər sürücülərin sükan arxasında söhbət etməsi hallarına cərimə tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirib. Modern.az-ın məlumatına görə, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, bir çoxları bu məsələni fərqli şəkildə təqdim edir: “Bu məsələdə söhbət sürücünün sükan arxasında danışmasından getmir. Bilmirəm, mətbuatda niyə məsələni bu qədər şişirdirlər ki, sürücü sükan arxasında söhbət edə bilməz. Birmənalı olaraq, sürücü üçün söhbət etməyin qadağası yoxdur. Burada məsələ diqqətin yayınmasına səbəb olan söhbətdə iştirakdan ibarətdir. Qanunun 342.1.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin istismar qaydasının pozulmasını özündə əks etdirir. Burada qeyd edilib ki, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə 40 manat cərimə nəzərdə tutulur. Yəni elə sürücülər var ki, onların fikri konkret olaraq yolda olmur. Hətta başını döndərib, üzünü tamamilə sərnişinə, arxada əyləşən şəxsə istiqamətləndirərək danışanlar var. Bəzən də sürücü elə emosional vəziyyətə gəlib çıxır ki,  həmin anda onun diqqəti yolda olmur. Bu insan nə yolu, nə də işıqforu görə bilir. Yolda, ətrafında cərəyan edən digər proseslərə nəzarət etmək imkanı olmur. Bu halda belə sürücünün bir məsuliyyəti olmalıdır, ya yox? Bəli, bu kimi hallarda sürücünü məsuliyyətə cəlb etmək olar. Və yaxud sərnişin avtobuslarının sərnişinlər tərəfindən postda saxlatdırılması halları ola bilər. Sərnişinlər şikayət edə bilər ki, bu sürücü avtomobili çox pis idarə edir, bütün diqqəti yanında və ya arxadakı sərnişindədir, diqqəti yayınır və dəfələrlə yoldan çıxır. Yaxşı, belə bir sürücüylə bağlı tədbir görülməlidir, ya yox? Qanunvericilikdə də məhz bu tip hallar nəzərdə tutulur”.

 

Yol polisi rəsmisi bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, çox nadir hallarda nəqliyyat vasitəsində təkcə sürücü olarkən hadisələr baş verir. Əsas etibarı ilə qəzanın baş verdiyi anda, istər toqquşma, istər maneəyə vurma, istər qarşı yola çıxma hallarında qəzalar avtomobildə bir neçə şəxsin olması zamanı baş verir: “Sonradan videogörüntülərə də baxanda görürsən ki, bu avtomobil niyə düz getdiyi yerdə istiqamətini dəyişib başqa maşına dəydi. Baxırsan ki, sürücünün fiziki sağlamlığı yerində, sərxoşluq halı yoxdur, amma incələdikdə, görüntülərə baxış keçirəndən sonra dəqiqləşir ki, bu adamın diqqəti yolda olmayıb. Diqqəti yanında əyləşən sərnişində olub. Mən dünən verilişdə real bir görüntü göstərdim. Taksi sürücüsü qırmızı işıqda hansı sürətlə gəlirsə, eləcə də keçir. Niyə? Bu sürücü qırmızı işığı görmür? Avtomobildə də özündən başqa 4 nəfər sərnişin var ki, onların da birinin qucağında azyaşlı uşaq əyləşmişdi. Bu adamın diqqəti yayınıb ki, işıqforu görməyib. Biz də deyirik ki, ay sürücü, sənin diqqətin yolda olsun. Sükan arxasında oturan kimi məişət problemlərini, digər məsələlərini telefonda, yaxud yanındakı sərnişinlə qabardıb müzakirə etmə. Sükanın arxası problemlərin həlli yeri deyil. Yəni sənin bütün diqqətin yolda olmalıdır. Bu gün bizdə qəzaların əksəriyyəti niyə baş verir? Bu qədər qəzalar olur, bəyəm, onların hamısının səbəbi sərxoşluqdur, yuxusuz olmaqdır? Bu qəzaların əksəriyyəti sürücünün diqqətsizliyindən, diqqətinin yayınmasından baş verir. Biz də deyirik ki, sürücünün diqqəti yolda olsun. Sürücünün diqqəti nə qədər yolda olarsa, qəza hadisələri də bir o qədər az olar. Söhbət ondan getmir ki, sən yanındakına söz deyə bilməzsən. Söhbət ondan gedir ki, diqqətin yayınmasın, hansısa qlobal problemi sükan arxasında həll etməyə çalışma. Mən özüm dəfələrlə sürücülərin əsəbi, emosional halda sükan arxasında necə jestlər, əl-qol hərəkətləri etdiklərini, qəza şəraiti yaratdıqlarını və törətdiklərini görmüşəm”.

 

K.Əliyev bu tip qayda pozuntularının adi-vizual qaydada müəyyənləşdirildiyini deyib: “İnspektor görür ki, sürücü nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində deyil. Avtomobil idarəetmədən çıxır. Görür ki, onun diqqəti yanındakı şəxslə söhbətə yönəlib, onu məsuliyyətə cəlb edə bilər. Onu da deyim ki, qanunda xeyli bu tip məsələlər var ki, onlar əksər vaxtlarda tətbiq edilmir. Belə deyək, bunu biz konkret olaraq sürücünü cərimə etmək üçün yox, bu tip qayda pozuntularının olmaması və bu səbəbdən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün diqqətə çatdırırıq. Hər şeyə ancaq cərimə ilə yanaşmaq düz deyil. Bunu sürücü ilk olaraq özünün və sərnişinlərinin təhlükəsizliyi üçün nəzər almalıdır. Dəfələrlə elə ağır yol qəzaları olub ki, sonradan sərnişinlər deyiblər, sürücünün diqqəti yolda deyildi, ona görə belə bir hadisə yaşandı. Çox olub ki, sürücünün nəqliyyat vasityəsi hərəkətdə olarkən sərnişinlə mübahisə etməsi bir və ya bir neçə nəfərin həyatını itirməsi ilə nəticələnən qəzaya səbəb olub və biz bunu dəfələrlə hadisə şahidlərinin dilindən eşitmişik”.  

 

Yol hərəkətinin təşkili üzrə mütəxəssis Ərşad Hüseynov da məsələyə münasibət bildirib. O, bu məsələnin qabardılmasını süni ajiotaj yaratmaq cəhdi adlandırıb: “Bunlar hamısı 70 ilin söhbətidir və şərh etməyi də özümə yaraşdırmıram. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Şərhə ehtiyacı olmayan boş söhbətlərdir. Kimsə ajiotaj yaratmaq üçün bu mövzunu ortaya atır. Sükan arxasında siqaret çəkməyə, su içməyə, nə isə yeməyə, söhbət etməyə görə heç bir məsuliyyət yoxdur. Sükan arxasında bircə telefonla danışmağa görə cərimə var ki, bunu da hamı gözəl bilir”.

   


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Şəkidə 86 yaşlı kişi itkin düşdü
25.09.2018, 12:42

Şəkidə 86 yaşlı kişi itkin düşdü

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ
25.09.2018, 12:29

“Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır” - Komitə sədrindən ETİRAZ

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı
25.09.2018, 12:23

Şadlıq evinin sanitar qovşağından meyit tapıldı

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu   
25.09.2018, 12:16

Ən ümidverici cüdoçumuz dünya çempionatında uduzdu  

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO
25.09.2018, 12:16

Zərdabda təzə gəlin 3 aylıq uşağı ilə evdən qaçdı - FOTO

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
25.09.2018, 12:13

Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu
25.09.2018, 12:05

Ferdinandde Sössürün məşhur “Ümumi dilçilik kursu” əsəri Azərbaycanda çap olundu

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu
25.09.2018, 11:58

Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu

Trampla Makronun arası dəyib
25.09.2018, 11:54

Trampla Makronun arası dəyib

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı
25.09.2018, 11:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı uzadıldı

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək
25.09.2018, 11:30

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 
25.09.2018, 11:27

Ağcabədidə zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır 

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ
25.09.2018, 11:23

Azərbaycanda aclıq problemi yoxdur – RƏSMİ

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI   
25.09.2018, 11:20

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına bu məsələlər daxil edildi - SİYAHI  

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü
25.09.2018, 11:15

Məktəbdə FACİƏ: 2-ci sinif şagirdi boğulub öldü

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı
25.09.2018, 11:12

Deputat Bakı İslam Universitetinin bağlanmasını alqışladı

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib
25.09.2018, 11:12

On rayonda xüsusi tullantılar üçün 16 konteyner yerləşdirilib

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"
25.09.2018, 11:09

İlham Əliyev: "Azərbaycan güclü müdafiə sənayesi yaradıb"

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək
25.09.2018, 11:07

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür
25.09.2018, 11:06

Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

Göyçayın xurma bağları xəstəliyə yoluxub
25.09.2018, 11:03

Göyçayın xurma bağları xəstəliyə yoluxub

Onlara da diplomatik pasport veriləcək
25.09.2018, 11:01

Onlara da diplomatik pasport veriləcək

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi
25.09.2018, 10:59

Prezident icra başçıları ilə bağlı Milli Məclisə layihə təqdim etdi

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq
25.09.2018, 10:56

Magistr və doktorantlara ŞAD xəbər: vergi tutulmayacaq

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi
25.09.2018, 10:54

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb
25.09.2018, 10:53

Kapital Bank-ın müştərisi Milana səyahət qazanıb

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək
25.09.2018, 10:46

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ   
25.09.2018, 10:45

Milli Məclisin payız sessiyasının ilk iclasının GÜNDƏLİYİ  

Bu cərimələr artırılır – 10 min manat....
25.09.2018, 10:44

Bu cərimələr artırılır – 10 min manat....

Koçaryan Paşinyanı məhkəməyə verdi
25.09.2018, 10:40

Koçaryan Paşinyanı məhkəməyə verdi

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib
25.09.2018, 10:38

Prezident Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək
25.09.2018, 10:36

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”   
25.09.2018, 10:36

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”  

Məmur olmaq istəyənlər sınağa çəkiləcək
25.09.2018, 10:30

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir
25.09.2018, 10:24

Azərbaycanda təhlükəsizlik və kəşfiyyat orqanlarının yubiley medal təsis edilir

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib
25.09.2018, 10:19

İlham Əliyev Bolqarıstanın Baş nazirini qəbul edib

ATƏT sərhəddə monitorinq keçirəcək
25.09.2018, 10:13

ATƏT sərhəddə monitorinq keçirəcək

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb
25.09.2018, 10:09

Leysan yağışlarından sonra 45 nəfər itkin düşüb

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR
25.09.2018, 10:07

Azərbaycanın Birinci vitse-prezidenti İtaliyaya gedib - FOTOLAR

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR
25.09.2018, 10:04

Daha bir qurum Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarıldı - QƏRAR

UNEC-də imtahan prosesi təkmilləşdirilir
25.09.2018, 09:59

UNEC-də imtahan prosesi təkmilləşdirilir

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 
25.09.2018, 09:56

İsmayıllıda əməliyyat keçirildi: Külli miqdarda narkotik dövriyyədən çıxarıldı - FOTO 

Cəbhədə şiddətli atışma oldu
25.09.2018, 09:50

Cəbhədə şiddətli atışma oldu

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”
25.09.2018, 09:44

Erməni kəşfiyyatçı: “Elə silahlar var ki, onlar yalnız Azərbaycan və İsraildədir”

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”
25.09.2018, 09:42

Elmar Məmmədyarov bəyanat verdi: “Bəzi vəzifələr yenidən bölüşdürülə bilməz!”

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR
25.09.2018, 09:17

Neft BAHALAŞIR- Büdcədə pul ARTIR

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  
25.09.2018, 09:12

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb, 3-ü yaralanıb  

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər   
25.09.2018, 09:00

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər  

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR
25.09.2018, 08:22

Gələn ildən müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq - NAZİR

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
25.09.2018, 07:58

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

ARXİV