Modern.az

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb

20 Oktyabr 2017, 18:05

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb.

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib.

 

Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.

 

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır