Modern.az

Bir qətlin sirri…

Bir qətlin sirri…

10 İyun 2011, 15:29

Fəx­ri Xi­ya­ban­da "mü­sa­vat cəl­lad­la­rı"nın qət­lə ye­tir­di­yi 20-yə qə­dər in­san ya­tır. İdeo­lo­ji təb­li­ğat və təx­ri­bat­la­rı mə­zar­la­rın üzə­ri­nə be­lə kö­çür­mək­də ma­hir olan bol­şe­vik­lə­rin bu ni­şa­nə­lə­ri­nin müs­tə­qil­li­yi­mi­zin bər­pa­sı­nın 20-ci ilin­də də sax­la­nıl­ma­sı tə­əs­süf do­ğu­rur. Mil­lət və­ki­li Fa­zil Qə­zən­fə­roğ­lu­nun Mil­li Məc­lis­də bu möv­zu ət­ra­fın­da çı­xı­şı ma­raq do­ğur­maq­la ya­na­şı,  si­ya­si va­ris­lik ba­xı­mın­dan döv­lət­çi­li­yi­miz üçün xü­su­si əhə­miy­yət kəsb edir­di.

Bol­şe­vizm və mil­li kom­mu­nist­lə­rin fəa­liy­yə­ti­nin ta­ri­xi­miz­dən si­li­nib atıl­ma­ğı­nın ob­yek­tiv dü­şün­cə­lər­dən uzaq ol­du­ğu­nun fər­qin­də ola­raq bir mə­sə­lə­ni də diq­qət­dən qa­çır­ma­ma­lı­yıq. O mə­zar­lar­da ya­tan, inan­dı­ğı ideo­lo­gi­ya­nın qur­ba­nı olan­la­rın ru­hu 70 il so­vet re­ji­mi tə­rə­fin­dən in­ci­di­lib, on­la­rın ta­le­yin­dən ya­lan­çı məq­səd­lər üçün is­ti­fa­də olu­nub. Gə­lin müs­tə­qil Azər­bay­ca­nın in­di­ki dö­nə­min­də bu­na yol ver­mə­yək.

Son dövr­lər baş­da­şı­nın şək­li qə­zet sə­hi­fə­lə­rin­də çap edi­lən, "mü­sa­vat cəl­lad­la­rı"nın qət­lə ye­tir­di­yi mə­tin bol­şe­vik Əli Bay­ra­mo­vun ta­le­yi­nə işıq sal­maq, üzə­rin­də qan lə­kə­li ağır it­ti­ha­mın ün­va­nı­nın düz olub-ol­ma­ma­sı ma­raq kəsb et­di­yin­dən, bir za­man oxu­duq­la­rı­ma ye­ni fakt­lar əla­və edib hə­zə­rat oxu­cu­ya çat­dı­rı­ram.

Bay­ra­mov Əli Bay­ram oğ­lu 1889-cu il­də Şa­ma­xı qə­za­sı­nın La­hıc kən­din­də do­ğu­lub. Azər­bay­can­da so­vet ha­ki­miy­yə­ti­nin qə­lə­bə­si uğ­run­da mü­ba­ri­zə apa­ran Ə.Bay­ra­mov bə­zi qo­ca­man bol­şe­vik­lər ki­mi, bu par­ti­ya­ya 1904-cü il­də de­yil, 1919-cu il­də qə­bul olu­nub. İx­ti­sas­ca gə­mi­çi­dir, 1912-ci il­də Ba­kı gə­mi­çi­lik mək­tə­bi­ni bi­ti­rib və hə­min il­dən eti­ba­rən Xə­zər də­ni­zin­də bar­kos ka­pi­ta­nı ki­mi ça­lı­şıb.  Araş­dır­ma nə­ti­cə­sin­də ay­dın olur ki, Ə.Bay­ra­mov Nə­ri­man Nə­ri­ma­no­vun li­der­lik et­di­yi sol yö­nüm­lü "Hüm­mət" Par­ti­ya­sı­nın fə­al­la­rın­dan olub. Sa­də­cə, 1919-cu il­də Azər­bay­can bol­şe­vik­lə­ri­nin so­si­al ba­za­sı­nın az­lı­ğın­dan Ru­si­ya KP MK-sı tə­rə­fin­dən Nə­ri­man Nə­ri­ma­no­vun ra­zı­lı­ğı ilə "Hüm­mət"çi­lər bol­şe­vik­lər­lə bir­ləş­di. Bu bir­li­yin nə­ti­cə­sin­də o da 37-ci ilin qur­ba­nı Ru­hul­la Axun­dov­la bir­gə kom­mu­nist­lə­rin sı­ra­sı­na qa­tı­lıb. An­caq bə­zi mən­bə­lər­də Ə.Bay­ra­mo­vun əv­vəl, 1918-ci ilin iyu­nun­da "Əkin­çi" adın­da qə­zet nəşr et­di­rib bö­yük Hə­sən bəy Zər­da­bi­nin ru­hu­nu in­ci­dən, 1918-ci ilin sent­yab­rın­da "26-lar"dan bi­ri ki­mi gül­lə­lə­nən sol-eser Hə­sən bəy Və­zi­ro­vun "Əkin­çi" par­ti­ya­sın­da ol­du­ğu və son­ra is­te­fa ve­rə­rək "Hüm­mət"ə qa­tıl­dı­ğı ya­zı­lır.

Qaf­qaz İs­lam Or­du­su Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü və is­tiq­la­lı uğ­run­da mü­ba­ri­zə apar­dı­ğı 1918-ci ilin yaz və yay ay­la­rı döv­rün­də Ə.Bay­ra­mo­vun Xə­zər Də­niz Do­nan­ma­sın­da ça­lış­dı­ğı bəl­li olur. Ba­kı iş­ğal­dan azad olub, Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti pay­tax­ta kö­çüb asa­yi­şi tə­min et­dik­dən son­ra Ə.Bay­ra­mov Gən­cə­yə ge­dir və ora­da giz­lə­nir. Bir il son­ra Ba­kı­ya qa­yı­dır və si­ya­si fəa­liy­yə­ti­ni bər­pa edir. "Azər­bay­can So­vet En­sik­lo­pe­di­ya­sı"nda çap olu­nan mə­qa­lə­dən bəl­li olur ki, 1919-1920-ci il­lər­də "Hüm­mət"in rəh­bər­lə­rin­dən bi­ri, RK (b) P Qaf­qaz Öl­kə Ko­mi­tə­si ya­nın­da giz­li hər­bi qə­rar­ga­hı­nın və Ba­kı ko­mi­tə­si­nin üz­vü ki­mi ömür yo­lu ke­çib.

Araş­dır­ma­mı­za gö­rə, N.Nə­ri­ma­nov, R.Axun­dov, R.Mu­sa­bə­yov, Çin­giz İl­dı­rım ki­mi Ə.Bay­ra­mo­vun par­laq si­ya­si fəa­liy­yə­ti yox­dur. Onun si­ya­si nü­fu­zu qət­lin­dən son­ra baş­la­yır. Bu qət­lə o qə­dər al-qır­mı­zı si­ya­si rəng çə­ki­lib ki, hər bir əqi­də­li bol­şe­vik za­ma­nın­da onun ka­sad si­ya­si fəa­liy­yə­ti­ni özü üçün mü­ba­ri­zə mək­tə­bi sa­yıb.

* * * * * *

Əli Bay­ra­mo­vun qət­li "Qa­tır Məm­məd" fil­min­də de­yil­di­yi ki­mi Azər­bay­can­da So­vet Ha­ki­miy­yə­ti­nin qu­rul­ma­sı­na bar­maq­la sa­yı­la­caq gün­lər qal­dıq­da baş ve­rib. Qa­tır Məm­mə­din ölü­mün­dən 18 gün son­ra Şu­ra­lar hö­ku­mə­ti qu­rul­muş­du­sa, Ə.Bay­ra­mo­vun qət­lin­dən 5 gün son­ra üç­rəng­li bay­ra­ğı­mız en­di­ril­di.

Ha­ki­miy­yə­tə ye­ni­cə gəl­miş bol­şe­vik­lər Əli Bay­ra­mo­vun qət­lin­dən Xalq Cüm­hu­riy­yə­ti­nin li­der­lə­ri­nə qar­şı ən mü­na­sib təb­li­ğat fak­tı ki­mi is­ti­fa­də et­di­lər. Azər­bay­can mil­li ha­ki­miy­yə­ti­ni gü­nah­sız in­san qa­ti­li elan et­mək, xalq ara­sın­da mən­fi rəy for­ma­laş­dır­maq tak­ti­ki plan idi. Qətl­də "şüb­hə­li bi­li­nən" 13 nə­fər sa­biq po­lis mə­mu­ru, həbs­xa­na rəh­bər­lə­ri həbs olun­du və "Ma­yı­lov" te­at­rın­da məh­kə­mə qu­rul­du. Məh­kə­mə pro­ses­lə­ri 1920-ci ilin 28 ap­rel sə­hə­rin­dən son­ra nəşr olu­nan "Azər­bay­can Mü­vəq­qə­ti İn­qi­lab Ko­mi­tə­si­nin əx­ba­rı" qə­ze­ti­nin bir ne­çə sa­yın­da "Xalq məh­kə­mə­sin­də" sər­löv­hə­si al­tın­da dərc olun­du. Müt­tə­him qis­min­də Ba­kı­nın sa­biq po­lis rəi­si Rüs­təm bəy Mir­zə­yev, Ba­kı­nın 4-cü uçast­ko­su­nun sa­biq pris­ta­vı Sü­ley­man bəy Süb­han­ver­di­xa­nov, po­lis və həbs­xa­na mə­mur­la­rın­dan As­lan bəy Mir­zə­yev, İb­ra­him­xə­lil Zül­fü­qa­rov və bir ne­çə şəx­sin məh­kə­mə­si an­caq və an­caq si­ya­si mo­tiv­lər, si­ya­si it­ti­ham­lar al­tın­da apa­rı­lır­dı. 1920-ci il ma­yın 5-də, 3-cü sa­yın­dan baş­la­ya­raq dərc olu­nan re­por­taj­lar­da ay­dın olur ki,  müt­tə­him­lər­dən qət­lin ne­cə, han­sı şə­ra­it­də baş ver­mə­si­ni de­yil, Mü­sa­vat Par­ti­ya­sın­dan və hö­ku­mə­tin da­xi­li iş­lər na­zir­lik­lə­rin­dən bu iş­də ki­min əli ol­du­ğu­nu, eh­ti­mal və fər­ziy­yə­lə­ri­ni so­ru­şur­du­lar. "Əli Bay­ra­mo­vun qət­li ət­ra­fın­da" sər­löv­hə­si ilə çap olu­nan  məh­kə­mə re­por­taj­la­rın­dan bi­ri bu ifa­də ilə baş­la­yır­dı: "Əda­lət məh­kə­mə­si Mü­sa­vat hö­ku­mə­ti­nin bə­zi ci­na­yət­lə­ri­ni aç­mış­dır". 

Şa­hid ifa­də­lə­rin­də ən çox mər­hu­mun hə­yat yol­da­şı Cey­ran Bay­ra­mo­va da­nı­şır və bil­di­rir ki, döv­lət əley­hi­nə ci­na­yət­də suç­la­nan Ə.Bay­ra­mov həbs­xa­na­dan qaç­mış­dı və po­lis­lər tə­rə­fin­dən ax­ta­rı­lır­dı. 100-ə ya­xın po­lis əv­vəl mər­hu­mun da­yı­sı­gil­də, son­ra isə onun evin­də ax­ta­rış apa­rıb. Bu fak­tı təs­diq­lə­yən şa­hid­lər qət­lin ne­cə, han­sı şə­ra­it­də baş ver­di­yi haq­da heç bir mə­lu­mat ve­rə bil­mir­lər. Qət­lin ta­rix­çə­si də ay­rı-ay­rı mən­bə­lər­də müx­tə­lif cür təq­dim edi­lir. Bə­zi mən­bə­lə­rə gö­rə, bol­şe­vik fəa­liy­yə­ti­nə gö­rə həbs olu­nan Bay­ra­mov həbs­xa­na­da öl­dü­rü­lüb. "Azər­bay­can Mü­vəq­qə­ti İn­qi­lab Ko­mi­tə­si əx­ba­rı"nın məh­kə­mə re­por­taj­la­rın­da isə qət­lin həbs­xa­na­da baş ver­mə­di­yi təs­diq­lə­nir. Mər­hum giz­lən­di­yi yer­də na­mə­lum in­san­lar tə­rə­fin­dən bo­ğu­lur və cə­sə­di evi­nin ət­ra­fı­na atı­lır.

Qət­lin nə sə­bəb­dən baş ver­di­yi üçün si­ya­si it­ti­ha­ma mə­ruz qa­lan Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin möv­qe­yi isə iki il­də cə­mi 44 sa­yı işıq üzü gö­rən, axı­rın­cı sa­yı 1920-ci il ap­re­lin 24-də çı­xan "İs­tiq­lal" qə­ze­tin­də çap olu­nub. Mə­həm­məd Əmin Rə­sul­za­də­nin qə­lə­min­dən çıx­dı­ğı­nı təx­min et­di­yi­miz bu ya­zı Əli Bay­ra­mo­vun öl­dü­rül­mə­si­nin eh­ti­mal olu­nan sə­bəb­lə­ri və hö­ku­mə­tin bu ci­na­yə­tə mü­na­si­bə­ti ba­xı­mın­dan ma­raq­lı­dır.

Mə­qa­lə­nin əv­və­lin­də mü­əl­lif "hö­ku­mə­ti boğ­maq üçün sui-qəsd­də iş­ti­rak edən­lər­dən Əli Bay­ra­mo­vun po­lis tə­rə­fin­dən ax­ta­rıl­maq­da ikən qətl olu­nub son­ra məq­tu­lə ta­pıl­mış ol­ma­sı"nı ya­zır və bil­di­rir ki, qət­lin ha­ra­da və kim­lər tə­rə­fin­dən va­qe ol­du­ğu və ic­ra edil­di­yi təh­qi­qa­tın və is­tin­ta­qın işi­dir və ar­tıq bu işə baş­la­nıl­mış­dır. Qət­lin si­ya­si mo­tiv­lər­dən doğ­du­ğu­nu id­dia edən "bol­şe­vik­lər­lə bi­ra­bir mü­xə­li­qat ya­pan fir­qə­lər is­tin­taq araş­dı­rıl­ma­sı­nın apa­rıl­ma­sı­na əhə­miy­yət ver­mə­yə­rək hö­ku­mət və hö­ku­mət edən fir­qə­ni, yə­ni Mü­sa­va­tı töh­mə­tə və lə­kə­lən­dir­mə­yə" baş­la­yır­lar.

Əli Bay­ra­mo­vun kim­li­yi­nə, han­sı si­ya­si əqi­də­nin da­şı­yı­cı­sı ol­ma­sın­dan ası­lı ol­ma­ya­raq Azər­bay­can və­tən­da­şı ol­du­ğu­nu diq­qə­tə gə­ti­rən "İs­tiq­lal" ya­zır: "Əli Bay­ra­mo­vun kim ol­du­ğu ilə işi­miz yox­dur. Qan­lı ci­na­yət ol­ma­mış olay­dı. O za­man bu şəx­siy­yət­dən da­ha ət­raf­lı mə­lu­mat ver­mək xü­su­siy­yə­ti­ni mü­na­qi­şə və mü­za­ki­rə et­mək olur­du. Fə­qət şim­di... bu xü­sus­da yal­nız sü­kut edə­lim. Azər­bay­can Cüm­hu­riy­yə­ti­nin hü­qu­qi bir döv­lət ol­ma­sı­nı is­tə­yən hər han­kı və­tən­da­şa şa­yən nif­rət bir ha­di­sə­dir. Bu ci­na­yə­ti ir­ti­bat edən zat bi­lə­rək və ya­xud bil­mə­yə­rək ci­na­yə­tin ən bö­yü­yü­nü elə­miş və bol­şe­vik­lə­rin çö­rə­yi­nə yağ sürt­müş­lər".

Ha­ki­miy­yə­tə gəl­mə­yin ən yax­şı yol­la­rı­nı təx­ri­bat və ter­ror hə­rə­kət­lə­ri­nin da­vam­lı apa­rıl­ma­sın­da gö­rən bol­şe­vik­lər mil­li hö­ku­mə­tin nü­fu­zu­na zər­bə vur­maq, xalq ara­sın­da da­yaq­la­rı­nı lax­lat­maq üçün uzun il­lər ya­rar­lan­dıq­la­rı tak­ti­ka­nı 1920-ci il ap­re­lin 22-də ye­ri­nə ye­tir­di­lər, öz əqi­də­da­şı Ə.Bay­ra­mo­vu qət­lə ye­tir­di­lər. Si­ya­si azad­lıq­lar­dan, küt­lə­vi tə­til və eti­raz­lar­dan gen-bo­lu­na is­ti­fa­də edən­lər cə­miy­yət­də bu qan­lı olay­dan "şok" ya­rat­dı­lar. Za­vod və fab­rik­lər­də, neft mə­dən­lə­rin­də hö­ku­mə­tin ba­ca­rıq­sız­lı­ğı, si­ya­si əqi­də­si­nə gö­rə in­san­la­rın qət­lə ye­ti­ril­di­yi haq­da təb­li­ğat ma­şı­nı dur­ma­dan iş­lə­di. Na­mə­lum şəxs­lər tə­rə­fin­dən tö­rə­di­lən bu qətl sol yö­nüm­lü qüv­və­lə­rin koa­li­si­ya­sın­dan for­ma­la­şa­caq 5-ci hö­ku­mət ka­bi­ne­ti­nin qu­rul­ma­sı ərə­fə­sin­də "va­hid və bö­lün­məz Ru­si­ya" ide­ya­sı­nın da­şı­yı­cı­la­rı­nın si­ya­si qə­lə­bə­si­nin tə­mi­ni­nə im­kan ya­rat­dı.

Ba­şı hö­ku­mət böh­ra­nı­nın ara­dan qal­dı­rıl­ma­sı­na yö­nə­lən mil­li qüv­və­lər Ə.Bay­ra­mo­vun qət­li ət­ra­fın­da baş ve­rən si­ya­si oyun­la­ra hü­qu­qi müs­tə­vi­də ca­vab ve­ri­lə­cə­yi­nə inam ifa­də edir­di. Bu ba­xım­dan "İs­tiq­lal" bol­şe­vik­lə­rin növ­bə­ti si­ya­si id­dia­sı­na da­ha əha­tə­li ca­vab ve­rə­rək, bu qət­lin nə­yə və ki­mə la­zım ol­du­ğu­nu açıq ya­zır­dı: "Bu qa­nı bu­la­ma­ğa, cə­za­sı­nı ... bir su­rət­də ver­mək hö­ku­mə­tin, əda­lə­tin bor­cu­dur. Bu­nu bi­la­xas­sə bi­zim fir­qə tə­ləb edir. Bi­la­xas­sə de­yi­riz, Əli Bay­ra­mo­vun məz­lu­ma­ti ilə bi­zi za­lım möv­qe­yin­də gös­tər­mək is­tə­yir­lər. Bol­şe­vik­lə­rin ko­mi­tə­si tə­rə­fin­dən nəşr olu­nan in­ti­bah­na­mə­lər­də fir­qə­mi­zin rəi­si də­xi da­xil ol­du­ğu hal­da ar­ka­daş­la­rı­mız­dan Nə­sib bəy (hö­ku­mət rəi­si), Mus­ta­fa Və­ki­lov (da­xi­liy­yə na­zi­ri), Şə­fi bəy Rüs­tə­mov (da­xi­liy­yə na­zi­ri­nin müa­vi­ni), Ab­bas­qu­lu Ka­zım­za­də, Məm­məd­ba­ğır Şeyx­za­ma­nov mü­qəs­sir­di­lər de­yən elan olun­muş­lar. Böh­tan­la­ra baş­la­mış­lar... Lə­nət o kə­sə ki, Əli Bay­ra­mov ki­mi döv­lə­tin əsa­sı­na qəsd et­mək ki­bi ağır bir ci­na­yə­tə müt­tə­him olan şəx­si qətl et­mək su­rə­ti­lə bol­şe­vik­lə­rə böy­lə bir ma­nevr im­ka­nı ver­miş­lər. Fə­qət, bu ma­nevr­lər ilə kim­sə al­da­tıl­maz. Oğ­ru nə qə­dər ba­ğır­sa da, ar­tıq doğ­ru­la­rın bağ­rı çat­la­maq döv­rü­nü keç­miş­dir..."

Mü­sa­vat və ya­xud hö­ku­mət bol­şe­vik­lə­ri öl­dür­mək is­tə­sə edər­lər, daş da­lın­dan hə­rə­kə­tə lü­zum yox­dur. Da­ha məş­hur­lar­dan baş­la­yar­dı­lar..."

Qa­ti­lin tez­lik­lə ta­pı­la­ca­ğı­nı və "şid­dət­li cə­za­la­rı­nı" çə­kə­cə­yi­nə əmin olan Azər­bay­can mil­li hö­ku­mə­ti is­tin­taq hə­rə­kət­lə­ri­nin tez­ləş­di­ril­mə­si üçün bü­tün təd­bir­lə­ri gör­dü­yü hal­da, bu səs­li-küy­lü qətl­dən 5 gün son­ra öz­lə­ri si­ya­si qət­lə məh­kum ol­du­lar.

Əli Bay­ra­mo­vun qa­ti­li isə bol­şe­vik­lə­rin cər­gə­sin­də da­ya­nıb, növ­bə­ti si­fa­ri­şi göz­lə­yir­di.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir