24 sentyabr 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
TANAP layihəsinə 500 milyon dollar kredit ayrıldı
20.10.2017, 18:22

Oktyabr 20-ndə “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanmışdır.

 

QSC-dən Modern.az-a verilən məlumata görə, 500 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və AYİB-in enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru xanım Aida Sitdikova, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Aida Sitdikov arasında imzalanmışdır.

Bundan əvvəl, 18 oktyabr 2017-ci il tarixində CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasımüsbət qərar qəbul etmişdir.

 

Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirmişdir ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digəraparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır.

 

CQD-nin Baş direktoru Əfqan İsayev Cənub Qaz Dəhlizi layihəsininAzərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyinivə milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyinibildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir:“Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.

 

A.Sitdikova isə AYİB və Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək vacib tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.

Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.

 

“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab
24.09.2018, 00:41

ABŞ-dan İranın terrorla bağlı ittihamlarına cavab

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı
24.09.2018, 00:17

Sərnişin gəmisi qəzasında ölü sayı 225-ə çatdı

Gənc qız intihara cəhd etdi
23.09.2018, 23:48

Gənc qız intihara cəhd etdi

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə
23.09.2018, 23:27

İsveçdə deputat seçilən 20 yaşlı azərbaycanlı tələbə

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO
23.09.2018, 23:04

Güclü külək təyyarənin eniş etməsinə imkan vermədi - VİDEO

Binəli Yıldırım Özbəkistana getdi
23.09.2018, 22:51

Binəli Yıldırım Özbəkistana getdi

“Qarabağ” “Qəbələ”yə şans vermədi
23.09.2018, 22:24

“Qarabağ” “Qəbələ”yə şans vermədi

Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov xəbərdarlığa görə hərəkətə keçdi

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”yun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ
23.09.2018, 12:51

Ölkəyə normadan artıq yağış yağıb - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər
23.09.2018, 12:28

Bakını su basdı - Rəsmilərsə “bunu normal qarşılayın” deyirlər

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

ARXİV