Modern.az

Ermənistan ordusu Qarabağda itki verdi

Ermənistan ordusu Qarabağda itki verdi

Qarabağ

20 Oktyabr 2017, 18:37

Ermənistan ordusunun hərbi hissəsində baş verən partlayış nəticəsində ölən və yaralanan var.

 

Modern.az-ın məlumatına görə, oktyabrın 19-da işğal olunmuş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

 

Məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi də bildirilir.

 

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir