Modern.az

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib

Şəmkirdəki qətlə qısqanclıq səbəb olub - Yenilənib

Aktual

20 Oktyabr 2017, 22:29

Şəmkirdə törədilən qətlin təfərrüatları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə qısqanclıq zəminində törədilib.

Belə ki, Şəmkir rayonunun Zəyəm kənd sakini, 2000-ci il təvəllüdlü Həsrət Azər oğlu Xəlilov bacısını 1989-cu il təvəllüdlü həmkəndlisi Tural Ramiz oğlu Məmmədovla görüb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə H.Xəlilov T.Məmmədovu döş qəfəsindən bıçaqlayaraq onu ağır yaralayıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

H.Xəlilov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

21:12

 

Şəmkirdə qətl hadisəsi törədilib. Modern.az APA-ya istinadən xəbər verir ki, rayon sakini bıçaqlanaraq qətlə yetirilib. Rayonun Zəyəm qəsəbə sakini, 1989 Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına  çatdırılsa da, onun öldüyü məlum olub.

 

İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür