Modern.az

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR

Bakıda Beynəlxalq Kulinariya günü qeyd olunub - FOTOLAR

Aktual

20 Oktyabr 2017, 18:05

Beynelxalq Kulinariya günü münasibəti ilə tədbir təşkil olunub. 

 

Modern.az xəbər verir ki, bu il Beynəlxalq Kulinariya günü ilk dəfə olaraq Azərbaycanın qədim xörəklərindən olan Fisincana həsr olunub. 

 

Tədbirdə çıxış edən Tahir Əmiraslanov bildirib ki, tədbirin fisincana həsr olunmasında məqsəd sağlam və qədim xörək olan fisincanın restoran biznesinə qaytarılması və mətbəximizdə qorunub saxlanmasıdır. 

“Bu fisincanla bağlı 2000-ci ildən bəri aparılmış elmi- praktik işlərin nəticəsidir. 2007-ci ildə Ukraynanın 4 şəhərində Azərbaycan milli mətbəxinin təqdimatı zamanı fisincanda, ətrafında şou yaradılaraq hazırlandı. Bizim təklifimiz ilə 2012-ci ildə Türkiyənin yayımlanan Kanal D-də yayımlanan "Mutfağım" verilişinin Azərbaycana həsr olunan bölümlərində Abşeron bölgələrinə xas fisincanın bişirilmə prosesi təqdim olundu.

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir”.

T.Əmiraslanov deyib ki,  ölkəmiz 1998-ci ildən YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür.

“ Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür”.

 

Festival zamanı Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Asossasiyası tərəfindən bir il ərzində görülmüş işlər haqqında məlumat verilib.

Milli Mətbəxin təbligində fəal iştirak etmiş media nümayəndələrinə, aşpazlara, şirkətlərə diplomlar təqdim olundu. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!